Azərbaycana gələn ərəblərin sayı kəskin azalıb
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 163 ölkəsindən 337,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Modern.az Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 26,4 faiz artaraq 13,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,4 faiz artaraq 111,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,9 faiz azalaraq 55,3 min nəfər, digər ölkələrdən gələnlərin sayı 0,7 faiz azalaraq 157,0 min nəfər təşkil etmişdir.
Körfəz ölkələrindən Azərbaycana gələnlərin sayının 11 faizə yaxın azalmasına fevralın sonundan ABŞ və İsrailin İrana hücum etmələri, İranın ərəb ölkələrinə əks hücumlar təşkil etməsi və körfəz ölkələrinə uçuşların dayandırılması da səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 14 Aprel 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















