Icma.az
close
up
RU
Azərbaycana gətirilən gizli kameraların sirri

Azərbaycana gətirilən gizli kameraların sirri

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Azərbaycanda gizli kameraların satışı və istifadəsi qanunla qadağan olunub. Amma sosial şəbəkələrdə mini kameraların satışı ilə bağlı reklamlara tez-tez rast gəlinir. Məhsuldan da aydın görünür ki, bu qurğular əsasən gizli çəkilişlərin həyata keçirilməsi üçün nəzərdə tutulur.
Mütəxəssislərin fikrincə, texnologiyanın sürətli inkişafı ilə birlikdə müşahidə vasitələrinin də ölçüləri kiçilib, imkanları isə xeyli artıb. Bir neçə santimetr ölçüsündə olan kameralar yüksək keyfiyyətli görüntü çəkə, səsi yaza və əldə olunan məlumatları internet vasitəsilə başqa məkana ötürə bilir. Bu isə onların qanunsuz dinləmə, şantaj, şəxsi məlumatların oğurlanması və digər cinayət məqsədləri üçün istifadəsini asanlaşdırır.
Bəs bu cür kameraların satışı və istifadəsi qanunidirmi?
Bizim.Media xəbər verir ki, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a açıqlamasında deyib ki, son illər texnologiyanın sürətli inkişafı hüquq-mühafizə orqanları qarşısında yeni çağırışlar yaradıb:
“Azərbaycan qanunvericiliyi gizli şəkildə informasiya əldə etmək üçün xüsusi hazırlanmış texniki vasitələrin dövriyyəsinə və istifadəsinə təsadüfi deyil ki, ciddi məhdudiyyətlər qoyur. Burada əsas məsələ kameranın ölçüsü deyil, onun təyinatı və kamuflyaj olunmuş formada insanların xəbəri olmadan məlumat toplamaq üçün hazırlanmasıdır.
 

Məsələn, adi təhlükəsizlik kamerası, avtomobil videoregistratoru və ya mobil telefonun kamerası qanunsuz hesab edilmir. Ancaq qələm, eynək, divar saatı, elektrik adapteri, düymə, avtomobil açarı və ya digər məişət əşyası formasında gizlədilmiş çəkiliş qurğuları artıq xüsusi texniki vasitə kimi qiymətləndirilə bilər. Belə vasitələrin qanunsuz satışı, əldə edilməsi və istifadəsi Azərbaycan qanunvericiliyi ilə qadağandır”.


Natiq Ələsgərov bildirib ki, kamuflyaj olunmuş qurğular daha çox ailədaxili mübahisələrdə, iş yerlərində əməkdaşların gizli izlənilməsi, biznes rəqabətində məlumat toplamaq, şantaj, şəxsi həyatın izlənilməsi, habelə müxtəlif cinayət xarakterli məqsədlər üçün istifadə olunur: 
“Bəzi hallarda şəxslər bu cihazları təhlükəsizlik məqsədilə aldıqlarını bildirsələr də, onların gizli məlumat toplamaq üçün nəzərdə tutulmuş texniki vasitə olması hüquqi qiymətləndirmə zamanı əsas meyar olaraq qalır. Sosial şəbəkələrdə və müxtəlif internet platformalarında belə cihazların açıq şəkildə reklam olunması isə onların qanuni olması anlamına gəlmir. İnternetdə hər hansı məhsulun sərbəst satılması onun Azərbaycan qanunvericiliyinə uyğun dövriyyədə olması demək deyil.
Bir çox hallarda satış elanları xarici platformalar üzərindən yerləşdirilir və onların inzibati qaydada aşkarlanaraq bloklanması müəyyən vaxt tələb edir. Ən çox müzakirə olunan məsələlərdən biri də bu qurğuların ölkəyə necə gətirilməsidir. Xarici internet mağazalarından fərdi sifarişlə alınan məhsullar da gömrük nəzarətindən keçir. Gömrük orqanlarında risk analiz sistemi və texniki nəzarət vasitələri mövcuddur. Əgər bağlamada gizli şəkildə informasiya toplamaq üçün nəzərdə tutulmuş xüsusi texniki vasitə aşkarlanarsa, həmin məhsulun ölkəyə buraxılmasına icazə verilməyə və materiallar hüquq-mühafizə orqanlarına göndərilə bilər.
 

Vətəndaşların bilməli olduğu mühüm məqam ondan ibarətdir ki, "mən qanunu bilmirdim" arqumenti əksər hallarda hüquqi məsuliyyəti aradan qaldırmır. Şəxs sifariş etdiyi məhsulun texniki xüsusiyyətlərini və təyinatını əvvəlcədən araşdırmağa borcludur. Xüsusilə də məhsulun reklamında onun gizli çəkiliş və ya gizli dinləmə üçün nəzərdə tutulduğu açıq şəkildə göstərilirsə, sonradan məlumatsızlıq iddiası hüquqi baxımdan inandırıcı hesab edilmir. Gizli kameraların qanunsuz satışı və istifadəsi şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına səbəb olur və ciddi hüquqi məsuliyyət yaradır.


Azərbaycan Konstitusiyası hər bir vətəndaşın şəxsi və ailə həyatının toxunulmazlığını təmin edir. İnsanların razılığı olmadan onların şəxsi məkanında gizli çəkiliş aparılması bu hüququn pozulması kimi qiymətləndirilə bilər. Texnologiyanın inkişafı ilə yanaşı, vətəndaşların rəqəmsal hüquqlarının qorunması da böyük əhəmiyyət kəsb edir. Məhz buna görə dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da gizli müşahidə vasitələrinin qanunsuz istifadəsinə qarşı sərt hüquqi mexanizmlər tətbiq edilir.
Cihazın kiçik olması onu avtomatik olaraq qanunsuz etmir. Əsas meyar onun gizli məlumat toplamaq məqsədilə kamuflyaj olunması və istifadə edilməsidir. Məsələn, qələm formasında kamera və ya divar saatına yerləşdirilərək, eləcə də   eynək və ya düymə formasında çəkiliş aparan qurğular insanların xəbəri olmadan şəxsi həyatın izlənilməsi üçün istifadə olunduqda qanun pozuntusu hesab edilə bilər".
Xatırladaq ki, Nazirlər Kabinetinin 15 avqust 2000-ci il tarixli 139-6 nömrəli qərarının 20-ci bəndinə əsasən, eni, uzunluğu və qalınlığı 50 mm-dən az olan, video və ya audio məlumatların gücləndirilməsi, işlənməsi, yazılması və saxlanılması üçün nəzərdə tutulan xüsusi texniki vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilməsinə görə məsuliyyət yaranır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 302.3-cü maddəsinə əsasən, gizli şəkildə informasiya almaq üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz olaraq istehsalı, satışı və ya istifadəsi 2000 manatdan 5000 manatadək cərimə və ya 3 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 İyul 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri