Azərbaycana güclü qar fırtınası gəlir? Xəbərdarlıq
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə daha bir sərt şaxtalı hava dalğasının təsiri altına düşəcək. Meteorologiya Baş İdarəsi 20 bölgə üçün sarı hava xəbərdarlığı elan edib. Həmin bölgələrdə güclü yağış və fırtına riski olduğu bildirilib. Maraqlıdır, bu soyuq hava kütləsinin Azərbaycana çatmaq ehtimalı nə qədər realdır?
Globalinfo.az-ın məlumatına görə, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Türkiyədə müşahidə olunan kəskin şaxtalı hava dalğasının Azərbaycana təsir etmə ehtimalı olduqca realdır. Lakin bu təsir adətən bir neçə gün sonra və daha yumşalmış formada özünü göstərir.
Onun sözlərinə görə, meteoroloji qanunauyğunluqlara və hazırkı 2026-cı il fevral proqnozlarına əsasən, bu prosesi aşağıdakı kimi təhlil etmək olar:
“Türkiyənin qərb və mərkəzi hissələrinə daxil olan soyuq hava kütlələri şərqə doğru hərəkət edərək Azərbaycana çatması üçün adətən 48-72 saat (2-3 gün) vaxt tələb olunur. Yəni, bu gün İstanbulda başlayan şaxta, bir neçə gündən sonra ölkəmizə daxil olur”.
Cavid Hüseynov vurğulayır ki, soyuq hava kütlələri Türkiyənin dağlıq relyefini (Anadolu yaylasını) keçərkən və xüsusilə Qafqaz dağları ilə qarşılaşdıqda öz ilkin sərtliyini bir qədər itirir və transformasiyaya uğrayır.
“Bakı və Abşeron yarımadası üçün Xəzər dənizi nisbi mülayimləşdirici rol oynayır. Türkiyədən gələn soyuqlar Naxçıvan və ölkənin qərb rayonlarında (Gəncə-Qazax zonası) daha çox hiss oluna bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 30 Yanvar 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















