Icma.az
close
up
RU
Azərbaycana idxal olunan elektrik nəqliyyat vasitələrinin xüsusi çəkisi artıb FOTO

Azərbaycana idxal olunan elektrik nəqliyyat vasitələrinin xüsusi çəkisi artıb FOTO

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

COP29-un onuncu günündə Mavi Zonada “Urbanizasiya / Nəqliyyat / Turizm” günü çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilən yüksəksəviyyəli dəyirmi masada “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə görülən işlər və əldə olunan nəticələr”in təqdimatı keçirilib. 

Manset.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin baş məsləhətçisi Gülnaz Cavadova daha təmiz dünya və daha dayanıqlı gələcəyin formalaşdırılmasında karbon izini azaltmağa yönəlmiş ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin rolunu xüsusi vurğulayaraq ölkəmizdə bu sahədə aparılan islahatlar barədə məlumat verib.

Təqdimatda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması istiqamətində görülən tədbirlər, o cümlədən aidiyyəti dövlət qurumlarının təşəbbüsü ilə ölkəmizdə tətbiq olunan vergi və gömrük güzəştləri, habelə maliyyə əlçatanlığının artırılmasını hədəfləyən güzəştli kredit qaydaları barədə məlumat verilib. Qeyd olunub ki, təşviq sahəsində görülən işlər nəticəsində idxal olunan elektrik nəqliyyat vasitələrinin xüsusi çəkisi 2021-ci ildəki 0,19 faizdən 2023-cü ildə 3,5 faizə yüksəlib. 

Eyni zamanda, elektrik enerjisi doldurma infrastrukturun inkişafı sahəsində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlərin və Vahid Elektrikdoldurma Platformasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, hazırda “Azərişıq” ASC və digər dövlət təşkilatları ilə yanaşı özəl sektor nümayəndələrinin təşəbbüsləri nəticəsində ümumilikdə 300-dən çox elektrikdoldurma cihazı quraşdırılıb.  

Təqdimatda qeyd olunub ki, ölkəmizdə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinə marağın və istifadə səviyyəsinin artırılmasına yönəlmiş kompleks tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 20 Noyabr 2024 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see261

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see221

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see187

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see147

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see141

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see139

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see138

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see134

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see132

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see125

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see124

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see124

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see123

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri