Icma.az
close
up
RU
Azərbaycana kiberhücum edən Rusiya olub?

Azərbaycana kiberhücum edən Rusiya olub?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bu gün Azərbaycan internetində qısa müddətlik problemlər müşahidə olundu. İstifadəçilər internet bağlantısında və müxtəlif resurslara çıxışda çətinliklərlə üzləşdilər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasına görə, bu problemlər ölkənin əsas magistral internet provayderlərindən biri olan “Delta Telekom”-a qarşı həyata keçirilən DDoS tipli kiberhücum nəticəsində yaranıb. Nazirlik bildirir ki, internet xidmətlərinin davamlılığını təmin etmək üçün trafik dərhal digər “backbone” operatorlara – “Azertelecom” və “Aztelecom” şəbəkələrinə yönləndirilib”.

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri sosial şəbəkə hesabında  Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz paylaşıb.

O bildirib ki, əslində, Azərbaycanın qlobal internetə çıxışını təmin edən bir neçə “backbone” operatorunun mövcudluğu bu cür kritik vəziyyətlərdə itkilərin minimuma endirilməsinə və xidmətlərin sürətlə bərpasına şərait yaradır:

“Bu, rəqabətin və alternativlərin nə qədər vacib olduğunu bir daha göstərdi". Amma əsas sual budur: ölkənin ən iri magistral operatoruna, dövlət qurumları və kritik infrastrukturu internetlə təmin edən Delta Telekom-a hücum haradan və nə məqsədlə qaynaqlana bilərdi?”

O. Gündüz yaranan problemin Rusiyadan qaynaqlana biləcəyini də istisna etməyib: 

"Mövcud siyasi konteksti nəzərə alsaq, bu hücumun mənbəyinin Rusiyadan ola biləcəyi ehtimalı istisna edilmir. Son dövrlər Bakı ilə Moskva arasında müşahidə olunan gərgin münasibətlər bu ehtimalı daha da gücləndirir. Rusiya dövlətlərarası gərgin münasibətlərdə kiberhücumlardan daha çox istifadə edən ölkələr sırasındadır. Unutmayaq ki, Azərbaycanın beynəlxalq internet trafiki hələ də böyük ölçüdə Rusiya üzərindən təmin olunur. Bu isə ölkəmizi müəyyən risklər qarşısında qoyur".

Xatırladaq ki, Rusiya daha öncə Ukraynada yerləşən SOCAR strukturlarına bir neçə dəfə hücumlar edib.

Mütəxəssis qeyd edib ki, bu hadisə bir daha göstərdi ki, kritik infrastrukturun təhlükəsizliyi strateji məsələdir:

"Ölkə üçün rəqəmsal suverenlik yalnız daxili təhlükəsizliklə deyil, həm də xarici asılılıqların azaldılması ilə mümkündür. Buna görə də, alternativlərin, Transxəzər fiber-optik layihəsi kimi alternativ marşrutların sürətləndirilməsi, internet trafikinin diversifikasiyası və müstəqil çıxış kanallarının yaradılması Azərbaycanın informasiya təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir".

Gülər 

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Avqust 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri