Icma.az
close
up
RU
Azərbaycana körfəz ölkələrindən gələnlərin sayı azalıb Deputat turizmə diqqət yetirməyə çağırır

Azərbaycana körfəz ölkələrindən gələnlərin sayı azalıb Deputat turizmə diqqət yetirməyə çağırır

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

İqtisadçı, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu ilin ilk 7 ayında körfəz ölkələrindən Azərbaycana gələnlərin sayı 8,3 faiz azalıb. Onun sözlərinə görə, həmin müddətdə ərəb dövlətlərindən ölkəmizə 237 min 400 nəfər gəlib.

Deputat qeyd edib ki, körfəzdən Azərbaycana ən çox turist göndərən ölkə Səudiyyə Ərəbistanıdır: bu ölkədən həmin müddətdə 62 min 71 nəfər gəlib. O əlavə edib ki, Birləşmiş Ərəb Əmirliklərindən 26 min 602, Küveytdən isə 14 min 779 turist gəlib.

Vüqar Bayramov bildirib ki, həmin müddətdə Azərbaycana gələn ümumi turistlərin sayı 1,7 faiz azalaraq 1 milyon 477 min nəfər təşkil edib. Onun sözlərinə görə, Körfəz və MDB dövlətlərindən gələnlərin sayının azalması ümumi statistikaya təsirsiz ötüşməyib. O əlavə edib ki, Hindistandan gələn turistlərin sayı da ümumi turizm payında azalmaqdadır.

Deputat deyib ki, ərəb dövlətlərindən gələn ziyarətçilərin sayının azalması fonunda turizm strukturunda baş verən dəyişikliklər bir daha təsdiqləyir ki, yeni gəlmə destinasiyalar ilə daha sıx əməkdaşlıq qurulmasına ehtiyac var. Onun sözlərinə görə, strateji tərəfdaşımız olan dövlətlərlə, xüsusən də Çinlə turizm sahəsində güclü əməkdaşlıq aktuallaşır.

Bayramov diqqətə çatdırıb ki, Çinin böyük çıxış (getmə) turizm potensialı olsa da, hazırda həmin ölkədən gələn turistlər ümumi əcnəbilərin cəmi 2,3 faizini təşkil edir. O qeyd edib ki, halbuki potensial və imkanlar daha böyükdür.

İqtisadçı vurğulayıb ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Onun sözlərinə görə, pandemiyadan öncə ölkənin illik turizm gəlirləri 2,7 milyard dollara yaxın idi. Bayramov əlavə edib ki, bu sektor eyni zamanda məşğulluğa da xüsusi töhfə verir.

"Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər," – deyə deputat bildirib.

O vurğulayıb ki, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalır. Bayramovun fikrincə, gəlmə turistlərin sayının azalması yeni çağırışları daha da aktuallaşdırır.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Avqust 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri