Icma.az
close
up
RU
Azərbaycana turist axını azalıb Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Azərbaycana turist axını azalıb Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Icma.az, Marja.az saytına istinadən bildirir.

Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.

Marja.az məlumata istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasına dünyanın 182 ölkəsindən 1 milyon 720,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Gələnlərin 25,5 faizi Rusiya Federasiyası, 16,9 faizi Türkiyə, 7,8 faizi İran, 7,3 faizi Hindistan, 4,6 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,4 faizi Çin, 2,2 faizi Özbəkistan, 2,1 faizi İsrail, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Küveyt, 1,0 faizi Belarus və 13,1 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,2 faizini kişilər, 33,8 faizini qadınlar təşkil etmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən - 1,7 dəfə, Yaponiyadan - 1,5 dəfə, Çindən - 1,5 dəfə, İordaniyadan - 48,7 faiz, Qırğızıstandan - 32,9 faiz, Özbəkistandan - 27,8 faiz, Qazaxıstandan - 19,4 faiz, Pakistandan - 17,2 faiz, Kanadadan - 17,1 faiz, Niderlanddan - 16,5 faiz, Almaniyadan - 15,0 faiz, ABŞ-dan - 14,5 faiz, İtaliyadan - 12,7 faiz, Böyük Britaniyadan - 10,6 faiz artmışdır.

2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,5 faiz artaraq 73 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 6,3 faiz azalaraq 287,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,1 faiz azalaraq 600,9 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 3,5 faiz artaraq 758,8 min nəfər təşkil etmişdir.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76 faizi hava, 22,6 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.  

2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,7 faiz azalaraq 1419,2 min nəfər olmuşdur. Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 23,7 faiz, İrana gedənlərin sayı 1,5 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 41,9 faizi Türkiyəyə, 14,8 faizi Rusiya Federasiyasına, 11,0 faizi Gürcüstana, 8,8 faizi İrana, 23,5 faizi digər ölkələrə səfər etmişdir.  Gedənlərin 63,6 faizini kişilər, 36,4 faizini qadınlar təşkil etmişdir.     

2025-ci ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 70,5 faizi hava, 27,5 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://marja.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri