Icma.az
close
up
RU
Azərbaycana məxsus TIR lar həftələrdir Gürcüstanda niyə saxlanılır? YAXUD GÜRCÜ GÖMRÜKÇÜLƏR BİZDƏN ŞÜBHƏLƏNMƏKDƏ HAQSIZDIRLAR?!

Azərbaycana məxsus TIR lar həftələrdir Gürcüstanda niyə saxlanılır? YAXUD GÜRCÜ GÖMRÜKÇÜLƏR BİZDƏN ŞÜBHƏLƏNMƏKDƏ HAQSIZDIRLAR?!

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

“Azərbaycana məxsus TIR-lar günlərdir heç bir səbəb göstərilmədən Gürcüstanın gömrük keçid məntəqələrində gözlədilir. Batumi və Tiflisdə eyni vəziyyət yaşanır. Sürücülər bildirirlər ki, Gürcüstan yalnız Azərbaycana məxsus TIR-ları saxlayır, özlərinə və digər ölkələrə aid nəqliyyat vasitələri gömrükdən sərbəst şəkildə keçirlər. Bizi nə üçün saxladıqlarının səbəbi açıqlanmır və konkret cavab verilmir. Kimisi 20, kimisi 40 gündən çoxdur ki, tranzit yüklərlə bərabər TIR-larda gözləməyə və gecələməyə məruz qalıb”.

Stopnarkptik.az xəbər verir ki, bu məlumat AzTV-nin dünən axşam yayımlanan reportajında bildirilib. Sürücülərdən biri deyr ki, Gürcüstan tərəfi Avropaya və digər ölkələrə yük daşıyan Azərbaycan TIR-larının qarşısını süni şəkildə almağa çalışır: “Belə olan halda bizim Avropadakı müştərimizlə aramızda problemlər yaranır”.

Videomaterialda o da vurğulanır ki, Gürcüstan polisi vətəndaşlarımızla kobud rəftar edir, onlara qarşı aqressiv davranırlar. Uzun sözün qısası, sürücülərimiz gürcü məmurlarından tutmuş, gürcü polislərinə kimi, bütün aidiyyəti şəxslərdən şikayətçidirlər.

Xəbərdə əvvəlcə bu problemin məhz tütün aparan TIR-lara aid olduğu deyilsə də, daha sonra digər yük maşınlarına qarşı da eyni münasibətin sərgiləndiyi vurğulandı.

Mövzuya keçməzdən öncə bir haşiyə çıxaq. Gürcü polislərin yolda bizim TIR-lara qarşı sərt münasibəti nə ilə bağlı ola bilər? Bəlkə, onlar sadəcə nələrisə görməməzliyə vurmaq fikrində deyillər. Necə ki, az əvvəl Azərbaycandan tranzit keçərək Gürcüstana heroin aparan İran TIR-larından nə bizim sərhədçilər, nə gömrükçülər, nə də polislər “şübhələnməmiş” və onları məhz gürcülər saxlamamışdı…

Gürcüstanın bizim yük maşınlarımıza yaratdığı problemdən bəhs edən reportajın ardınca, AzTV noyabrın 27-də saat 16.23 buraxılışında bu barədə daha aydın məlumat verdi. Məlum oldu ki, “TIR sürücüləri narkotiklərin aşkarlanması ilə şantaj olunur”. Bunu Qax rayonundan yük daşıyan sürücü Rafael Məmmədov səsləndirir. O bildirir ki, onlara qarşı yüklərin açılması, narkotik vasitələrin axtarışı kimi şərtlər irəli sürülüb.

Əlbəttə, Gürcüstanla Azərbaycan qonşu ölkə olmaqla yanaşı, strateji tərəfdaşdır. Bizi nəinki iqtisadi maraqlar, taleyüklü məsələlərdə çoxlu məqamlar da birləşdirir. Bakı ilə Tiflis tranzit layihələrində birgə çıxş edir. Belə olduğu halda, ortaya sual çıxır: Gürcüstan durduğu yerdə Azərbaycan TIR-larına niyə problem yaradır?! Bəlkə, bu problem özümüzdən qaynaqlanır?! Məsələn, AzTV-nin reportajında da deyildiyi kimi, Azərbaycandan keçib gedən və Gürcüstanda saxlanılan İran TIR-ında balıq yeminin içində gizlədilmiş 200 kiloqram, ardınca isə 250 kiloqram heroin gürcü gömrükçüləri tərəfindən tapılmadımı?! Eyni vaxtda İrandan gəlib, Naxçıvandan - Sədərək Gömrük Məntəqəsindən qardaş ölkəyə - Türkiyəyə keçən TIR-da yenə külli miqdarda narkotik vasitə aşkarlanmadımı?

Deməli, əgər Gürcüstana ötürülən heroin “Sınıq körpü”nü keçəndən sonra yox, ona qədər Azərbaycan ərazisində, aşkarlansaydı, bizə irad tutmaq olmazdı. Bu səbəbdən, indi Gürcüstanı bizim TIR-ları gömrük məntəqəsindən buraxmadığına görə qınamaq yersiz deyilmi?! Fikrimizcə, bu nüansı çox uzatmağa dəyməz. Təsadüfi deyil ki, yazılarımızda buna dəfələrlə toxunmuşuq.

Maraqlı olan gürcü məmurlarından, gömrükçülərindən tutmuş yol polislərinə qədər, hər kəsin bizim TIR-lara və onların sürücülərinə şübhə ilə yanaşmasıdır. Dövlət səviyyəsində bu şübhənin sərgilənməsi yersiz və əsassız ola bilməz.

Böyük ehtimalla gürcü rəsmilərin şübhəsi var ki, İrandan heroin yükü daşıyanlar kəskin yoxlamaya məruz qaldıqlarından, iranlı narkotacirlər artıq bu ölkəyə məxsus yük avtomibilləri vasitəsilə heroin yükü daşımağa risk etmirlər. Ona görə, İran narkomafiyası başqa yola əl atmaq fikrinə düşə bilərlər – narkotik yükünü Azərbaycan TIR-ları ilə daşımaq fikrinə.

İkincisi, mümkündür ki, kimlərsə Gürcüstandakı “hədsiz yoxlamaların” qarşısını almaq üçün bu məsələni Azərbaycan və Gürcüstan rəhbərliyi səviyyəsinə qaldırmaqda maraqlıdır. Görünür, niyyət odur ki, bundan sonra TIR-lar, necə deyərlər, didik-didik yoxlanılmasın, narkomafiya da öz istəyinə çatsın. Çünki məsələ “yuxarı səviyyədə” həll ediləcəksə, TIR-lar yüngülvari yoxlamadan keçəcək və indi olduğu kimi, günlərlə, həftələrlə gömrükdə saxlanılmayacaq.

Beləliklə, son günlərə yaranan narazılıq fonunda, bu məsələ ölkə rəhbərliyinə məruzə edilərək, çözülməsi gərəkən vacib məsələ kimi masaya yatırıla bilər. Yaxud hansısa yüksək ranqlı məmurun dövlətlərarası səviyyədə müdaxiləsi ilə “həllini tapa bilər”. Bir halda ki, artıq məsələyə səfirliyimiz də qarışıb, deməli, burada maraqlı məqamlar var. Maraq isə, bəllidir: Azərbaycan TIR-ları toxunulmaz olmalıdır ki, İrandakı molla rejimi öz narkotkini bizim yük maşınları ilə rahat şəkildə daşıya bilsin.

İşin bu yerini də düşünək – kimlər bunda maraqlı ola bilər? Əlbəttə, İran-Rusiya xəttinə sadiq məmurlar. Anlaşılır ki, İran öz bahalı narkotikini Avropaya daşımağın rahat yolunu Azərbaycan TIR-larında görür. Düşünür ki, ümumi iqtisadi maraqlar naminə Gürcüstan Azərbaycanın xətrinə dəyməyəcək, molla rejimi də öz istəyinə çatacaq...

Ülviyyə ŞÜKÜROVA

P.S. Əlbəttə, hər zaman olduğu kimi, bu məsələdə də “qurunun oduna yaş da yanır”. Yəni Gürcüstan gömrüyündə saxlanılan TIR-ların hamısı birmənalı olaraq “qara siyahı”ya salınmamalıdır. Şübhə yoxdur ki, onların böyük əksəriyyəti halal zəhmətlə pul qazanan insanlardır və bu prosesdə həmin vətəndaşlarımızın zərər çəkməsini istəməzdik. Odur ki, tezliklə bu problemin daha ədalətli həll yolu tapılmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Noyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri