Icma.az
close
up
RU
ADSEA sədri: 2040 cı ilə qədər Bakı və Abşeronun içməli suya olan bütün tələbatı təmin ediləcək

ADSEA sədri: 2040 cı ilə qədər Bakı və Abşeronun içməli suya olan bütün tələbatı təmin ediləcək

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhəri və Abşeron yarımadasında içməli suya olan tələbatın artması və mövcud mənbələrin gələcək inkişafı nəzərə alınmaqla uzunmüddətli planlaşdırma aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

O qeyd edib ki, hazırda Abşeron yarımadasında gündəlik orta su istifadəsi təxminən 16 kubmetr/saniyə təşkil edir, layihə gücü isə 19,1 kubmetr/saniyədir. Onun sözlərinə görə, yay aylarında bu göstərici daha yüksək səviyyəyə qalxır və Bakı şəhəri ilə Abşeron yarımadası üzrə pik tələbat 20,8 kubmetr/saniyə təşkil edir.

Z.Mikayılov bildirib ki, inkişaf proqnozlarına əsasən, 2040-cı ildə orta su tələbatının 20,7 kubmetr/saniyə, pik dövrlərdə isə – xüsusilə yayın ən isti günlərində və bəzi istiqamətlərdə suyun gəlişində problemlər yarandığı hallarda – 26,9 kubmetr/saniyə səviyyəsində olacağı gözlənilir: "Hazırda icra üçün nəzərdə tutulan Dövlət Proqramı məhz 2040-cı ilə qədər olan dövrü əhatə edir. Proqram çərçivəsində yalnız şəbəkə və magistralların genişləndirilməsi deyil, eyni zamanda su mənbələrinin artırılması da nəzərdə tutulur. Bu layihələrdən biri dəniz suyunun duzsuzlaşdırılmasıdır ki, həmin layihə illik 100 milyon kubmetrdən çox içməli su istehsal edəcək. Bu isə gündəlik 3,2 kubmetr/saniyə əlavə su deməkdir".

Onun sözlərinə görə, paralel olaraq "Bakı–Şollar" xətti üzrə iki istiqamət, Kür çayı üzərində yerləşən sutəmizləyici qurğular, eləcə də Oğuz–Qəbələ su mənbəyi təkmilləşdirilərək əlavə suyun Bakıya gətirilməsi planlaşdırılır.

Z.Mikayılov vurğulayıb ki, bu tədbirlər nəticəsində pik tələbat səviyyəsinin artıq 2030-cu ildə təmin olunacağı gözlənilir, 2040-cı ilə qədər isə şəbəkə genişləndirilməsi hesabına bütün tələbat tam qarşılanacaq.

ADSEA sədri bildirib ki, görüləcək tədbirlər çərçivəsində dəniz suyundan gündəlik 3,2 kubmetr/saniyə, Ceyranbatan sutəmizləyici qurğular kompleksinin yenidən qurulması və klassik qurğunun tamamlanması hesabına əlavə 3 kubmetr/saniyə, mövcud su xətlərində daşıyıcı kəmərlərin və qurğuların istismarı nəticəsində isə daha 2 kubmetr/saniyə əlavə su əldə olunacaq: "Hazırda su itkilərinin yüksək olması mövcud ehtiyatlardan səmərəli istifadəyə mane olur. İtkilər 20 %-ə endirildikdən sonra bu, əlavə suya olan ehtiyacın əhəmiyyətli hissəsini qarşılayacaq. Proqramda mövcud xətlər üzrə qurğuların həcminin artırılması ilə yanaşı, görüləcək işlər hazırda verilən suyun da dayanıqlı şəkildə təmin olunmasına xidmət edəcək".

O vurğulayıb ki, Şollar və Oğuz–Qəbələ artezian sularının təmiri yeraltı su ehtiyatlarına da təsir göstərir.

Bununla yanaşı, Kür çayının səviyyəsinin tənzimlənməsi istiqamətində tədbirlərin görüldüyünü bildirən Z. Mikayılov qeyd edib ki, "Mingəçevir" Su Anbarı artıq çoxillik tənzimləmə rejiminə keçirilib və Kür çayının səviyyəsinin sabit saxlanılması hesabına həmin mənbələrdən Bakıya suyun dayanıqlı şəkildə çatdırılması təmin ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Yanvar 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri