Icma.az
close
up
RU
İranda qətl və həbslərin sayı ARTDI: ABŞ İrana zərbə ENDİRƏCƏK?

İranda qətl və həbslərin sayı ARTDI: ABŞ İrana zərbə ENDİRƏCƏK?

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranda təhlükəsizlik qüvvələrinin sərt tədbirləri, qətl və həbslərin sayının çoxalması ilə müşayiət olunan kütləvi etirazlar davam edir. Rəsmi Tehranın təhdidlərinə və bölgədə hərbi hazırlığın artırılmasına baxmayaraq, ABŞ hələ də nə hərbi, nə də birbaşa siyasi tədbirlər görməyib. Halbuki, Birləşmiş Ştatların Prezidenti Donald Tramp etirazçılara qarşı təhlükəsizlik qüvvələri atəş açacağı təqdirdə cavab veriləcəyini bildirmişdi. Düzdür, Vaşinqtonda müxtəlif cavab ssenariləri müzakirə olunur, lakin yekun qərar verilməyib. Bu, ABŞ administrasiyasının bu hadisələrə cavabını niyə gecikdirdiyi sualını doğurur.

Oxu.Az yerli və xarici ekspertlərlə mövzunu şərh edib.

Politoloq Samir Hümbətov bildirib ki, Amerika Birləşmiş Ştatları İran daxilindəki ümumi siyasi durumu test edib və bu, 12 günlük İsrail-İran müharibəsində özünü göstərib:

"Əgər İrana kənardan hücum olursa, daxildə baş verən fikir ayrılıqları bir kənara qoyulur və xarici hücumlara qarşı birləşilir. Ona görə də mən düşünmürəm ki, Tramp hər nə qədər desə də ki, biz oranı bombalayacağıq, aparıcı beyin mərkəzlərinin yanaşması budur ki, daxildə rejimə sadiq olmayan qüvvələri daha da qızışdırmaq və gərginliyi artırmaq daha məqsədə uyğundur. Onlar uzunmüddətli bir prosesdə mövcud hakimiyyəti bir az sıxışdırıb rejimi devirmək yolunu optimal hesab edirlər.

Məncə, indi bunun üzərində düşünürlər. Çünki bombalamaq, birbaşa hücum etmək əks effekt verərək, İran daxilində qrupları birləşdirə bilər ki, bu da Qərb dövlətlərinin istəmədiyi bir haldır. Düşünürəm ki, indiki halda İrana hücum edilməsi Qərb dövlətlərinin çox da ciddi gündəmində deyil. Bu sadəcə olaraq blef səviyyəsində qala bilər".

ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, diplomat Metyu Brayza isə hesab edir ki, Trampın İran siyasəti hələ ki, qeyri-müəyyəndir:

"Donald Trampın İran hökumətinə qarşı mövqeyi son günlərdə daha çox sual doğurmağa başlayıb. O, əvvəlki bəyanatlarında, əgər İran hökuməti etirazçılara qarşı zorakılıq tətbiq edərsə, Birləşmiş Ştatların hərbi gücdən istifadə edə biləcəyini qeyd etmişdi. Artıq bu zorakılıqlar başlayıb, lakin xəbərdarlığa baxmayaraq, Tramp tərəfindən konkret bir addım atılmayıb. Prezident müxtəlif variantları nəzərdən keçirdiyini bildirib. Bunlara Elon Maskın "Starlink" sistemi vasitəsilə İranda kəsilmiş internetin bərpası kimi informasiya əməliyyatları da daxildir. Məqsəd məlumat axınını təmin edərək xalqın daha çox məlumatlanmasını və bəlkə də daha geniş etirazları stimullaşdırmaqdır. Bununla yanaşı, Trampın İranda rejim dəyişikliyini açıq şəkildə dəstəkləmədiyi də vurğulanır. Etirazların əsasını ideoloji deyil, iqtisadi səbəblər - xüsusilə bazar tacirləri arasında yaranan narazılıq təşkil edir. Bu isə hökumətin daxili iqtisadi problemləri həll edə bilmədiyini göstərir. Son məlumatlara görə, İran rejimi artıq Tramp tərəfi ilə danışıqlara başlamaq istədiyini bildirib. Yenə də qeyd etmək lazımdır ki, ABŞ Yaxın Şərqdə daimi bazalara çıxış imkanlarına malikdir. Üstəlik, İsrailin hərbi gücü də mövcuddur və onlar İranda liderləri hədəfə alma bacarığını artıq sübut ediblər".

"Hazırda konkret planın nə olduğunu bilmirəm. Məncə, Tramp hələ də ABŞ-nin qarşısında hansı variantların dayandığını düşünür və konkret qərar verməyə çalışır" - deyə, müsahibimiz əlavə edib.

İsrailli analitik Yuri Boçarov isə İranda artan repressiyalar və internetin tamamilə bloklanması fonunda vəziyyətin son dərəcə gərgin olduğunu bildirib:

"İranın hərbi-siyasi liderləri ölkəyə hücum olacağı təqdirdə İsrailə və ABŞ bazalarına cavab zərbələri endirməklə hədələyirlər. Təl-Əviv isə vəziyyəti yaxından izləyir. İsrail mediası xəbər verib ki, ölkənin təhlükəsizlik orqanları rəhbərliyə İranın işlərinə tamamilə müdaxilə etməməyi tövsiyə edib. İsrail Müdafiə Qüvvələrinin generalları isə qəfil hücumun İranın bu ölkəyə və Amerika bazalarına cavab zərbələrinə səbəb ola biləcəyi qənaətindədir. Baş nazir Netanyahu da İran vətəndaşlarının azadlıq uğrunda mübarizəsinə dəstəyini açıq şəkildə ifadə edib və nümayişçilərə qarşı hücumları pisləyib, lakin İsrailin yalnız müdafiəyə hazırlaşdığını vurğulayıb".

"Trampın ritorikasına baxmayaraq, amerikalı rəsmilər hərbi müdaxiləyə son dərəcə ehtiyatlı yanaşırlar. Birincisi, eskalasiya riski var. İkincisi, regionun "böyük müharibələr"lə bağlı tarixi təcrübəsi növbəti münaqişə ehtimalını məhdudlaşdırır. Üçüncüsü, siyasi mülahizələrdir. ABŞ Konqresi bu məsələyə ehtiyatla yanaşır. Buna səbəb isə hücum halında İran rejiminə "ölkəmizi məhv edənin ABŞ-dir" iddiası irəli sürmək imkanı verəcək. İran vətəndaşları isə hazırda problemlərə görə hökumətin özünü günahlandırırlar".

"Bu baxımdan, ABŞ-də alternativlər müzakirə olunur. Vaşinqton və Təl-Əviv yalnız özlərini müdafiə edəcəklərini və birbaşa təcavüzə əl atmayacaqlarını israr etsələr də, hadisələrin gedişatı qeyri-müəyyən olaraq qalır. ABŞ-nin mövqeyi çox güman ki, hadisələrin dinamikasından asılı olaraq dəyişəcək. Kimi dəstəkləməyin vacibliyi və məqsədin nə olduğu aydınlaşan kimi Ağ Ev qərar verəcək. Bu fonda Vaşinqtonun hazırda hərbi əməliyyatı niyə təxirə saldığı aydın olur" - deyə, ekspert vurğulayıb.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Yanvar 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri