Azərbaycana Monqolustandan 900 tona yaxın ət idxal edilib
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
2025-ci ildə Azərbaycana Monqolustandan 3.6 milyon ABŞ dolları dəyərində 897 ton quzu və qoyun əti idxal edilib.
Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, Monqolustandan ət idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 77% və, məbləğ baxımından isə 77.8% artıb. Belə ki 2024-cü ildə ölkəyə 2 milyon 25 min ABŞ dolları dəyərində 506.4 ton qoyun və quzu əti idxal edilmişdi.
Hesabat dövründə Azərbaycana Monqolustandan gətirilən qoyun ətinin orta idxal qiyməti 6.8 manat təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycana Monqolustandan ümumi idxalın həcmi 4 milyon 15.9 min ABŞ dolları, Azərbaycandan Monqolustana ixracın həcmi isə 282.9 min ABŞ dollar təşkil edib.
Bu dövrdə Azərbaycandan Monqolustana əsasən şokolad və ondan hazırlanan məmulatlar, unlu qənnadı məhsullar, şirin quru peçenye, alma, armud və üzüm ixrac edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 16 Fevral 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















