Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Monqolustandan gələn ət və irqçi zehniyyət

Monqolustandan gələn ət və irqçi zehniyyət

Icma.az, Bizimyol saytına istinadən bildirir.

"Monqol əti" ifadəsinə ənənəvi və sosial mediada tez-tez rast gəlirəm. Doğru ifadə belədir: "Monqolustandan gətirilmiş ət". "İdxal olunmuş" da deyə bilərsiniz.

Monqolustandan idxal olunmuş ətlə bağlı paylaşıma bir nəfərin şərhi diqqətimi cəlb etdi. Məzmunu təxminən belə idi: biz birini aşağılamaq istəyəndə ona "monqol" deyirik, amma onlardan ət alıb yeyirik.

Doğrudan, axı biz niyə birini aşağılamağı sevirik və bunu edərkən də bəzən aşağılamaq istədiyimiz adama "monqol" deyirik?! Üstəlik də mediada. Halbuki həm qanun, həm əxlaq bu cür irqçi ifadələr işlətməyi qadağan edir.

Qədim tarixi və zəngin mədəniyyəti olan bir xalqın adını təhqir kimi işlətmək tarixə hörmətsizlik və mədəniyyətsizlikdir. O da ayrı.

Tarixdəki faktlarla oxucunu yormaq istəmirəm; kim istəyir, Qızıl Orda, Çingiz xan, onun qanunları haqda özü araşdırma aparsın. İnternetdə kifayət qədər materiallar var. Təkcə bir faktı demək istərdim: indiki Çini, Rusiyanı, İranı, Orta Asiyanı, Avropanın bir hissəsini öz nəzarətində saxlamış İmperiya yüz illərlə heç bir xalqın dini inancını qadağan etməmişdi. Çingiz xan: "Allah hər kəsə fərqli səslənir" demişdi. Ancaq Rusiyanın imperiyalarında fərqli din daşıyıcılarına qarşı diskriminativ yanaşma vardı, Sovet hakimiyyəti isə konkret olaraq müsəlman toplumların inancını təqib edirdi, "müttəfiq" adlandırdığı respublikalarda "Allahsızlar cəmiyyəti" yaratmağa çalışırdı. Monqol xalqının adını təhqiramiz ifadə kimi işlətmək də bizə Rusiyadan keçib. Qızıl Ordanın hakimiyyəti altında yaşamağın heyfini belə çıxırlar; bununla öz emosiyalarını təmin etməyə çalışıblar.

İndiki çağa qayıtsaq və Rusiya ilə Monqolustanı müqayisə etsək, çox maraqlı mənzərə alınar. Prezident respublikası olan Rusiyada artıq 25 ildir tək adamın - Vladimir Putinin şəriksiz hakimiyyəti var. Amma Monqolustan parlament respublikasıdır; BMT-nin və ATƏT-in müşahidə missiyalarının da hesabatlarında təsdiq olunduğu kimi, Monqolustanda azad seçkilər keçirilir, çoxpartiyalı demokratiya var. Heç kim hakimiyyəti qəsb edib, şəriksiz hökmranlıq eşqinə və hakimiyyəti varisinə ötürmək fikrinə düşməyib; xalq buna imkan vermir. Hətta məhdud səlahiyyətləri olan prezident postuna da bir adam cəmi bir dəfə seçilə bilər. Bu, ölkədə xalqın siyasi idarəetmə potensialından tam yararlanmağa imkan verir. Media azadlığının səviyyəsinə görə də Monqolustan həm bizdən, həm Rusiyadan xeyli öndədir.

Belə olduğu halda bu xalqın adını təhqir kimi işlədənlər, yumşaq desək, səhv edirlər...

Rusiyadan gəlmə klişelərdən qurtulmağın zamanı çoxdan çatıb. Nikol Paşinyan belə etiraf edir ki, ermənilərdə türkə nifrəti Rusiya körükləyib, amma bizdə bəziləri hələ də Rusiyanın dili ilə, jarqonları ilə danışır, öz millətimizi və başqa xalqları Rusiyadan alınma leksikonla aşağılayırlar.

Bəs deyilmi?!

Seyid Əhmədli, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Noyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri