Icma.az
close
up
RU
Monqolustandan sonra indi də Somalidən ət gəlir...

Monqolustandan sonra indi də Somalidən ət gəlir...

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Hökumət illər öncə aqrar sahəni və turizmi prioritet elan etmişdi. 

Güya bu sahələrdə ciddi artım olacaq, ölkəyə valyuta axacaqdı. İqtisadiyyatın bir çox sahəsində olduğu kimi, bu iki istiqamət üzrə də atılan addımlar əks-effekt verdi. Hökumət aqrar sahədə və turizmdə “sinifdə qaldı””. 

“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, quru sərhədləri bağlı saxlayıb turizmi prioritet elan etmək, inkişaf etdirmək mümkün deyil: 

“2019-cu il ilə müqaisədə 2024-də ölkəyə, az qala, 2 dəfə daha az turist gəlib. Bu, inkarolunmaz sübutdur ki, bağlı sərhədlər ölkə iqtisadiyyatına, turizmə, hətta vətəndaşın psixoloji durumuna mənfi təsir edir”. 

Ekspert bildirib ki, maldarlıq ən çox yayılan, insanımızın ən çox bacardığı sahələrdən biri idi: 

“Bu sahədə ciddi tənəzzül yaşanır, iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı kəskin azalır. Hökumət isə seyrici qalıb, səbəbini araşdımır, bu qorxulu tendensiyanın qarşısını almaq üçün hansısa addım atmır. Azərbaycanda 2021-ci ilin yanvarında 8 milyon 89,7 min baş qoyun və keçi olduğu halda, 2025-ci ilin oktyabrında bu göstərici 6 milyon 763,7 min başa enib. Bu 1 milyon 326 min baş və ya 16,4 faiz azalma deməkdir. 

2021-ci ilin yanvarında qoyun ətinin ölkədə orta qiyməti 11 manat 90 qəpik idi, 2025-ci ilin avqustun birinə rəsmi rəqəmlərə görə qoyun ətinin orta qiyməti 18 manat 70 qəpiyə yüksəlib. 2025-cü ilin ilk 10 ayında ölkəyə idxal edilən dondurulmuş qoyun ətinin həcmi 291,16 tona yüksəlib, bu da illik müqayisədə 65 % artımdır. İdxalın əsas hissəsi, yəni 244,66 ton Monqolustanın payına düşüb. 

Oktyabrdan etibarən Azərbaycana Somalidən də 46,5 ton dondurulmuş qoyun əti gətirilib. Aclıq içində olan Somalidən ət idxal edən vəziyyətə düşmüşük. Bu, hələ dondurulmuş ətdir. Eyni zamanda, bu ilin ilk 10 ayında Rusiya və Gürcüstandan ümumilikdə 289 min baş diri qoyun gətirilib ki, keçən ilin eyni dövrünü 89 % üstələyir. 

Diri qoyunların idxalı ölkədən ümumilikdə 31,4 milyon dollarlıq valyuta çıxmasına səbəb olub. Gürcüstandan gətirələn diri qoyunları həmin ölkədə yaşayan soydaşlarımız yetişdirir, əsasən, Gürcüstan türklərinin yaşadığı bölgələr maldarlıqla, heyvandarlıqla məşğul olurlar. Yəni Gürcüstanda yaşayan soydaşımız qoyun-keçi, mal-qara saxlmağı, artırmağı bilir, yerli bazarı da təmin edir, Azərbaycana da satır. Amma bizim məmləkətdə yaşayan bunu edə bilmir. Çünki iqtisadi sistem fərqlidir”. 

Nigar 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri