Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Azərbaycana münasibətdə Rusiyada ikitirəlik hökm sürür Ekspert

Azərbaycana münasibətdə Rusiyada ikitirəlik hökm sürür Ekspert

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"Rusiyanın da Bakının Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü bloklamaqda maraqlı olduğu qənaətindəyəm. Bu da Azərbaycanın apardığı müstəqil siyasətdən, ölkəmizin bölgədə söz sahibinə çevrilməsindən Kremlin narazı qalmasından qaynaqlanır".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına(ŞƏT) üzv olmaq istəyinin bloklanmasında Hindistanla yanaşı, Rusiyanın da iştirak etməsini şərh edərkən deyib.

"Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olub-olmaması məsələsi qəfil qalxan bir məsələ oldu. Bu vaxta qədər də müxtəlif söhbətlər gedirdi, amma rəsmi şəkildə heç nə bildirilməmişdi. Azərbaycan özü də rəsmi şəkildə ŞƏT-ə müraciət etdiyini və bu müraciətə baxılıb-baxılmadığını etiraf etməyib. Yəni bu məsələ rəsmi şəkildə öz ifadəsini tapmayıb. Hindinstan da rəsmi təkzib verərək bildirdi ki, vaxt azlığı səbəbindən həmin məsələyə baxılmayıb", deyə ekspert bildirib.


Qulamhüseyn Əlibəylinin fikrincə, Azərbaycanın müstəqil siyasət yürütməsini Moskva həzm edə bilmədiyindən ona təzyiq edir və ölkəmizin müxtəlif təşkilatlara üzv olmaq istəyinin bloklanması da bu təzyiqlərin tərkib hissəsidir: 

"Moskva istəyir ki, keçmiş sovet respublikaları onun dediyilə oturub-dursun. Bu əsasda Rusiya Azərbaycana müəyyən təzyiqlər edir ki, bu təzyiqlərin bir forması da müxtəlif təşkilatlara üzv olmaq cəhdimizin Moskva tərəfindən bloklanması ola bilər. Rusiya XİN rəhbəri erməni kökənli şəxsdir. Azərbaycana münasibəti o qədər də yaxşı deyil. Ona görə də bu məsələdə məhz Rusiya XİN-in daha çox canfəşanlıq göstərə bilər. Putin Çində İlham Əliyevlə salamlaşmadan sonra həmin jesti Azərbaycanla münasibətlərin yaxşılaşdırılması yönündə şərh etdi. Ondan dərhal sonra XİN sözçüsü Mariya Zaxarova da müxtəlif bəhanələr irəli sürərək, Azərbaycanda cinayətə görə saxlanılan Rusiya vətəndaşlarının buraxılmasını Moskva ilə Bakı arasında münasibətlərin yaxşılaşdırılması şərti kimi irəli sürdü".

Bu fonda həmsöhbətimiz hesab edir ki, Azərbaycanla bağlı məsələdə Rusiya hakimiyyət dairələri daxilində ikitirəlik hökm sürür: 

"Rusiya Xarici İşlər Nazirliyi bir, hökumətin digər qanadı isə başqa mövqe tutur. Rusiyanın haqqında söhbət açdığımız bu əməli də həmin ikitirəliyin nəticəsi ola bilər".

Qeyd edək ki, ŞƏT-in Çində keçirilən sammitində Azərbaycanın təşkilata üzvlüyünün bloklanması ilə bağlı yeni məqamlar ortaya çıxıb. Mətbuatın diplomatik mənbələrə istinadən yazdığına görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması təkcə Hindistanın təşəbbüsü olmayıb, Rusiya da bu prosesdə yaxından iştirak edib. Bu prosesdə əsas rolu isə Rusiya Xarici İşlər Nazirliyi oynayıb. Mənbənin sözlərinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında siyasi məsləhətləşmələrdə müzakirə olunub, müvafiq razılığa gəlinib. Sadəcə, Rusiya prosesdə Hindistanı qabağa verib, özü arxa planda dayanıb. 

Rüfət Sultan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see741

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see318

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see305

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see298

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see269

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see258

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see257

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see251

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see248

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see243

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see241

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see223

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see222

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see216

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see197

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see195

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see190

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see184

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri