Icma.az
close
up
RU
Halal sertifikatının verilməsində anarxiya hökm sürür EKSPERT

Halal sertifikatının verilməsində anarxiya hökm sürür EKSPERT

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər ət məhsullarında donuz ətinin aşkar edilməsi və bunun məhsulun üzərində qeyd edilməməsi ilə bağlı xəbərlər yayılıb. Vətəndaşlar məhsulların tərkibinin etiketdə qeyd edilməməsindən şikayət edirlər.

Məsələ ilə əlaqədar artıq dövlət qurumları da hərəkətə keçib. AQTA-nın apardığı monitorinq zamanı “Best Beef” əmtəə nişanlı “Ocaq” sosis məhsulunun (11.11.2024-cü il istehsal tarixli) müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanıb.

Bununla bağlı kolbasa emalı müəssisəsində keçirilən plandankənar yoxlama zamanı 450 qramlıq “Best Beef” əmtəə nişanlı “Ocaq” sosisindən (07.01.2025-ci il istehsal tarixli) və 1 130 kiloqramlıq “Best Beef” əmtəə nişanlı bişmiş “Doktorskaya” kolbasasından (06.01.2025-ci il istehsal tarixli) nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsinə əsasən, bu məhsullarda da donuz DNT-si müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib.

Mövzu ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyini sədri Eyyub Hüseynovun sözlərinə görə, nə qədər ki, halal sertifikatın verilməsində şəffaflıq, kollegial qərar qəbuletmə olmayacaq yerli və xarici dindarları aldatma halları baş verəcək:

“Mən illərdir mübarizə aparıram ki, bu sahədə kollegial qərar qəbul olunsun, mütləq şəkildə media, mütəxəssislər və dindarlar iştirak etsin. Təəssüf ki, bu yoxdur, ona görə də Azərbaycanda illər boyu böyük pullar müqabilində yalançı halal sertifikatların verilməsi baş verib. 2 il bundan əvvəl standartlaşdırma institutunda halal sertifikatın verilməsi üçün yeni standartlar qəbul olundu. Bu zaman şərtlər biraz da yumşaldıldı. Baxmayaraq ki, mən orada radikal çıxışlar, təkliflər etdim, bir sıra məsələlər nəzərdən qaçıb. Həmin standartda məsələn onurğasızların, zürafənin atının halal olub-olmaması ilə bağlı məsələlər var idi. Nə qədər ki, şəffaflıq yoxdur, halal sertifikatı pulla verilir, bu məsələlər olacaq. Yaxşı haldır ki, AQTA bunları çeşidləyib. Sizin vasitənizlə AQTA-ya müraciət edirəm ki, halal sertifikatlı bütün məhsullar çeşidlənsin, yoxlanılsın və dindar insanların aldadılmasına son qoyulsun. O məhsulları istehsal edən insanlar özləri cəhənnəmlik olsunlar”.

E.Hüseynov qeyd edib ki, hazırda halal sertifikatı vermək üçün iddialı tərəflər var:

“İlk tərəf Azstanddır. Heç yerdə məlumat yoxdur ki, hansı müəssisələrə, şəxslərə bu sertifikat verilib. Bir sözlə bu sahədə anarxiya hökm sürür. Mütləq şəkildə bir qurum ortaya çıxmalı və ciddi monitorinq aparmalıdır. Bir baza yaranmalıdır və istehlakçılar da məhsul alanda həmin bazaya daxil olub məhsulla tanış ola bilməlidir. Xarici və yerli müəssisələr halal sertifikat əldə etmək üçün pul ödəyərək öz işlərini görürlər. Bu işdə mütləq KİV-lər iştirak etməlidir, lazım olsa Azad İstehlakçılar Birliyi və dini qurumlar da bu prosesdə iştirak etməlidir”.

Bəs qanunvericilik bununla bağlı nə deyir?

Saytımıza danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mir Hüseyn Həbibli deyir ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyi ilə bağlı məsələlərin tənzimlənməsi “Qida Təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir:

“Həmin qanuna əsasən qida məhsullarının etiketlənməsi zəruri tələblərdən biridir. Bu həm ölkə ərazisində istehsal olunan, həm də ölkəyə idxal olunan qida məhsulları ilə bağlıdır. Həmin məhsullar qablaşdırıldığı zaman mütləq qaydada qida məhsullarının etiketlərindən istifadə olunmalıdır. Həmin etiketlərdə istehlakçılara məhsulların adı, enerjiləri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri və istehsal tarixi ilə bağlı məlumat verilməlidir. Bununla yanaşı həmin etiketlərdə birbaşa olaraq qida məhsulunun tərkibi barədə, mövcud olan allergenlər barədə məlumat verilməlidir”.

Vəkil qeyd edib ki, bu məlumatların olmaması qida məhsulunun etiketləşdirilməsi ilə bağlı qaydaların pozulması hesab olunur:

“Bu cür qida təhlükəsizliyi sahəsində mövcud olan pozuntular inzibati xətalara dair məsuliyyətə, eyni zamanda bu tip məlumatlandırma olmadığı təqdirdə insan sağlamlığına hərhansə zərər dəyəcəyi təqdirdə cinayət məsuliyyətinə səbəb ola bilir. Bununla yanaşı qeyd etmək istərdim ki, məhsullarda donuz ətindən istifadə edilməsi Azərbaycan Respublikasında qadağan edilməyib. Lakin həmin məhsullardan istifadə edildiyi zaman mütləq qaydada istehlakçılara bu barədə qida məhsullarının etiketlərində məlumat verilməlidir. Artıq bu tip məlumatlandırmanın mövcud olmaması həmin malları tədarük edən yaxud istehsal edən şəxslər tərəfindən pozuntuya yol verilməsi hesab olunur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri