Icma.az
close
up
RU
Azərbaycana qardaş ölkə “rəqiblə” dost olur Səbəb

Azərbaycana qardaş ölkə “rəqiblə” dost olur Səbəb

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Özbəkistan Hindistanla tərəfdaşlığı gücləndirməyə qərar verib. Özbəkistanın xarici işlər naziri Bəxtiyar Səidov avqustun 3-də Hindistana səfəri zamanı bu ölkənin Prezidenti Draupadi Murmu ilə görüşüb. Görüşdə Özbəkistan və Hindistan arasında ticarət, iqtisadi və siyasi sahələrdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyi vurğulanıb.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Razılaşmaya əsasən, iki ölkə yalnız iqtisadiyyat və ticarət sahəsindəki işbirliyi ilə kifayətlənməyəcək, həm də siyasi əlaqələri canlandıracaq. İki ölkə arasında mədəniyyət və humanitar sahələrdə də münasibətlərin gücləndirilməsi nəzərdə tutulub. Hindistan Prezidenti iki ölkə arasındakı humanitar əlaqələrin inkişafına dair iki misal çəkib. Birincisi, indiyənə qədər Özbəkistandan olan üç mindən çox rəsmi şəxs və mütəxəssis Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq təlim proqramlarından və təqaüd təşəbbüslərindən faydalanıb. İkincisi, hazırda Özbəkistanda 16 mindən çox hindli tələbə təhsil alır.

Özbəkistanın xarici işlər naziri hindli həmkarı Subrahmanyam Cayşankarla da strateji tərəfdaşlığın gücləndirilməsi mövzularını müzakirə edib. Nazirlər hərtərəfli əlaqələrin inkişafı zərurətini vurğulayaraq qarşılıqlı yatırımların artırılması, o cümlədən nəqliyyat layihələri barədə də fikir mübadiləsi aparıblar”, - o bildirib.

Politoloq vurğulayıb ki, Özbəkistanın xarici işlər nazirinin Hindistana səfərinin əsas məqsədi bu ölkə ilə ticarət, investisiya, enerji və regional təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirməkdir:

“Hindistanın Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri olan Özbəkistanla hərtərəfli əməkdaşlığa ehtiyacı var. Bu, Hindistanın Mərkəzi Asiyada möhkəmlənməsi üçün əhəmiyyətlidir. Öz növbəsində Özbəkistan Rusiya və Çinlə yanaşı Hindistanla da əməkdaşlığın genişləndirilməsini lazım bilir. Hindistanın Baş naziri Narendra Modi və Özbəkistan Prezidenti Şövkət Mirziyayev 2025-ci ilin sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı çərçivəsində görüşərək, əməkdaşlığı daha üst səviyyəyə qaldırmağı razılaşdırmışdılar.

Hindistan Özbəkistanın ən yaxşı 10 ticarət tərəfdaşı arasında yer alır. Ötən il iki ölkə arasında ticarət mübadiləsi 30 faiz artaraq 1 milyard 300 milyon dollara çatıb. Tərəflər ticarət mübadiləsini 2 milyard dollara çatdırmağı hədəfləyiblər. Hindistan Özbəkistana əczaçılıq məhsulları, optik avadanlıqlar, mobil telefonlar və dondurulmuş ət ixrac edir, Özbəkistandan isə meyvə, tərəvəz, gübrə, şirə və sürtkü yağları idxal edir.

Özbəkistan XİN başçısının Hindistana səfəri zamanı Yeni Dehlidə biznes forum da keçirilib. Biznes forumda hər iki ölkədən iştirak edən yüzlərlə biznesmenə müxtəlif layihələrdə iştirak təklif edilib. İndinin özündə Özbəkistanda Hindistan kapitalına bağlı 400 şirkət fəaliyyət göstərir. Bu şirkətlərin maliyyə dövriyyəsi 5 milyard dollar civarındadır.

Özbəkistan Prezidenti Şövkət Mirziyayevin ölkəsinin inkişaf modeli iqtisadiyyatın liberallaşdırılmasına, sahibkarlığın təşviqinə, investisiya mühitinin yaxşılaşdırılmasına, logistika imkanlarının artırılmasına və rəqəmsallaşmanın genişləndirilməsinə əsaslanıb. Bu siyasətin nəticəsində Özbəkistan xarici investorlar üçün cəlbedici ölkəyə çevrilib. Özbəkistan gəlirlərini artırmaqla Mərkəzi Asiyada iqtisadi çəkisini artırıb. Şövkət Mirziyayev praqmatik siyasət həyata keçirir. Özbəkistan müxtəlif dövlətlərlə iqtisadi əməkdaşlığın inkişafı yollarını araşdırır, təkliflər irəli sürür və həmin təklifləri reallaşdırmağa çalışır. Özbəkistanın Hindistanla əməkdaşlığı genişləndirmək istəyi bununla bağlıdır”.

Qeyd edək ki, Hindistan Cənubi Qafqazda Ermənistanla sıx hərbi əməkdaşlıq edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 Avqust 2026 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri