“Gənc oyunçulara şans veririk ki…” Quliyev
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Futzal üzrə DÇ-2028-in əsas mərhələsi çərçivəsində Çexiya ilə heç-heçə edən (2:2) Azərbaycan milli komandasının baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirən Elvin Quliyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, ilk növbədə oyun haqqında fikirlərini bölüşdü:
– Birinci hissədə oyun tam arzuladığımız ssenari üzrə getdi. İkinci yarıda isə müəyyən bəsit səhvlərə yol verdik və rəqib bu fürsətlərdən maksimum istifadə etdi. Qarşılaşmanın sonlarına yaxın riski üzərimizə götürdük və bunun sayəsində hesabı bərabərləşdirməyi bacardıq.
– Müəyyən epizodlarda yaşanan diqqətsizlikləri nə ilə əlaqələndirirsiniz?
– Bu məqamda təcrübəsizlik öz sözünü dedi. Biz bilərəkdən komandada gənc oyunçulara şans veririk ki, beynəlxalq matçlarda təcrübə toplasınlar və inkişaf etsinlər. Məhz gənclər inkişaf etdikcə gələcəkdə daha böyük uğurlar qazana biləcəyik.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 05 Noyabr 2026 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















