Sumqayıtda təmizlik işçilərinin maaşı nə zaman ödənəcək? Video
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sumqayıt şəhərində təmizlik işçiləri aylıq maaşlarını ala bilməmələrindən narazı qalıblar.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Qeyd olunub ki, təmizlik işçiləri əmək haqqılarını iki aydır ala bilmədikləri üçün Sumqayıt bələdiyyəsi yerləşən binanın qarşısına yığışıblar.
Sumqayıt bələdiyyəsindən bildirilib ki, vətəndaşlar səhv yönləndiriliblər, çünki bələdiyyə maaş vermək səlahiyyətində deyil.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təmizlik işçilərinin əməkhaqqılarının ödənilməsində yaranmış gecikmə ilə bağlı məsələ aradan qaldırılıb.
“Əməkhaqqılarının yaxın saatlarda işçilərin hesablarına köçürülməsi təmin olunacaq”, - deyə məlumatda bildirilib. (oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 05 Noyabr 2026 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















