İran Yəməndə hərbi iştirakını təkzib etdi
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Aİ xarici işlər naziri Kaya Kallasın Tehranın Səudiyyə Ərəbistanı ilə Yəmən arasındakı münaqişəyə müdaxilə etməsi ilə bağlı iddialarını rədd edib.
Teleqraf xəbər verir ki, Bəqayi bu cür məlumatların faktları gizlətmək və ictimaiyyətin diqqətini yayındırmaq üçün yayıldığını deyib. O əlavə edib ki, Yəmən xalqı öz suverenliyini və insan ləyaqətini müdafiə etmək üçün lazımi imkanlara, təcrübəyə, cəsarətə və iradəyə malikdir və heç kimin müdaxiləsinə ehtiyac duymur.
Bəqayi Avropa Birliyinin Yəmənə qarşı sanksiyalarda və iqtisadi blokadada iştirak etməklə həmin ölkədə insan hüquqlarının kobud şəkildə pozulmasında şərik olduğunu deyib.
Baxış sayı:119
Bu xəbər 05 Noyabr 2026 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















