Azərbaycana soyuq hava kütlələri daxil olub
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin dəyişəcəyi gözlənilir.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, kəskin hava şəraiti Bakıda və Abşeron yarımadasında martın 27-dən 29-dək, rayonlarda isə 30-dək davam edəcək.
“Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusilə Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri ərazisindən axan çaylarda qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur”, - Gülşad Məmmədova bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 26 Mart 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















