Icma.az
close
up
RU
Azərbaycana xaricdən pul köçürmələrinin azalması və Azərbaycanın iqtisadi dayanıqlılığı İqtisad elmləri doktoru, professor Zahid Məmmədovla müsahibə

Azərbaycana xaricdən pul köçürmələrinin azalması və Azərbaycanın iqtisadi dayanıqlılığı İqtisad elmləri doktoru, professor Zahid Məmmədovla müsahibə

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqtisad elmləri doktoru, professor Zahid Məmmədovun Moderator.az-a  müsahibəsini təqdim edirik:

– Dünyada baş verən iqtisadi böhranın Azərbaycan iqtisadiyyatı üzərində yaratdığı təsirləri necə qiymətləndirirsiniz? Xüsusilə, Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb. Pul köçürmələrinin Azərbaycan iqtisadiyyatına təsiri nədən ibarətdir? Bu köçürmələrin azalması və ya artması, Azərbaycan manatı üzərində hansı təzyiqlərə səbəb ola bilər?

 –  Son dövrlərdə dünya miqyasında baş verən müxtəlif hadisələr, Azərbaycan iqtisadiyyatına da  təsir edir. Ukraynada müharibə, Rusiyadakı iqtisadi böhran, Türkiyədəki valyuta dəyərsizləşməsi kimi faktorlar, birbaşa olaraq Azərbaycanın iqtisadiyyatına təsir göstərən və pul köçürmələrinin həcmini dəyişdirən amillərdir. Dünya iqtisadiyyatında baş verən münaqişələr və böhranlar Azərbaycanın iqtisadiyyatına birbaşa təsir göstərdiyindən, ölkə iqtisadiyyatı bu dəyişikliklərə qarşı daha dayanıqlı olmalıdır. Bütün bu baş verən hadisələrin nəticələrini düzgün təhlil etmək və riskləri müəyyən etmək çox vacibdir. Tədqiqatlar və statistik təhlillər bu cür riskləri daha yaxşı başa düşməyə və iqtisadiyyatda gələcəkdəki mümkün fəsadları minimuma endirməyə kömək edəcəkdir. Həmçinin, Azərbaycanda iqtisadi sabitliyi qorumaq və milli valyutanın dəyərini saxlamaq üçün Mərkəzi Bank və digər maliyyə qurumları, pul köçürmələrinin davamlılığını təmin etməyə çalışmalıdırlar. Pul köçürmələrinin azalması və xarici valyutaların dəyərsizləşməsi riskləri qarşısında, Azərbaycan daha müstəqil iqtisadiyyata doğru irəliləməli, yerli istehsal və daxili bazar gücləndirilməlidir. Bu, Azərbaycan iqtisadiyyatını risklərlə üz-üzə qoyur, lakin bu riskləri düzgün idarə və təhlil etmək, ölkənin maliyyə sabitliyini təmin etmək üçün vacibdir. Bu məqsədlə, iqtisadiyyatın daha güclü və müstəqil olması üçün strateji addımların atılması vacibdir. İqtisadi sabitlik üçün ən vacib məsələlərdən biri milli pul vahidinin qorunmasıdır. Azərbaycan manatı, digər maliyyə axınları ilə təzyiq altına düşə bilər. Bu səbəbdən, ölkə iqtisadiyyatının əsas prioritetlərindən biri milli pul vahidinin sabitliyini təmin etməkdir.

 – Azərbaycanda yerli təhsil sektorunun inkişafı üçün hansı addımlar atılmalıdır?

 – Xaricdə təhsil, Azərbaycan vətəndaşları üçün geniş imkanlar təqdim edir, amma bununla yanaşı, bu prosesin böyük maliyyə yükü olduğu da bir gerçəklikdir. Azərbaycandan xaricə gedən tələbələrin təhsil xərcləri və gündəlik həyat tələbləri, hər il ölkədən böyük məbləğlərin çıxmasına səbəb olur. Bir çox özəl universitetlər, xarici alimlərin və mütəxəssislərin cəlb edildiyini elan edirlər. Lakin, bəzən bu mütəxəssislərin real fəaliyyət göstərmədiyi və yalnız adlarının istifadə edildiyi müşahidə olunur. Bu, həm təhsil keyfiyyətinə, həm də maliyyə resurslarının düzgün istifadəsinə dair ciddi suallar yaradır. Xaricə göndərilən pul vəsaitlərinin miqdarını və istiqamətini diqqətlə izləmək, ölkə iqtisadiyyatının dayanıqlı olmasını təmin etmək üçün vacibdir. Azərbaycanın təhsil sahəsində xərcləri ən aza endirilməli, milli təhsil xidmətlərinin keyfiyyəti artırılmalı və pul vahidi qorunmalıdır. Bu məqsədlə, dövlətin və özəl sektorun əməkdaşlığı ilə təhsil, iqtisadiyyat və maliyyə siyasətləri bir araya gəlməlidir.

 – Xaricdən asılılıq və yerli istehsal arasındakı balansı necə qurmaq olar? Azərbaycanın iqtisadiyyatını inkişafı üçün hansı addımlar atılmalıdır?

 – Azərbaycanın iqtisadiyyatında xaricdən asılılıq, xüsusilə ərzaq və digər məhsulların idxalı ilə bağlı ciddi problemlərə yol açır. Xaricdən gətirilən məhsulların qiymətləri yerli bazarda artaraq, inflyasiya təzyiqlərinə səbəb ola bilər. Bu vəziyyətdən çıxış yolu, yerli istehsalın artırılmasıdır. Azərbaycanın kənd təsərrüfatı potensialı çox böyükdür və bu potensialı düzgün qiymətləndirərək, əkin sahələrinin genişləndirilməsi və kənd təsərrüfatı məhsullarının istehsalının artırılması lazımdır. Torpaq məsələsi Azərbaycanda əsas iqtisadi problemlərdən biridir. Kənd təsərrüfatı üçün torpaqdan istifadə etməyən şəxslərin bu torpaqları geri qaytarması üçün ciddi siyasət tədbirləri həyata keçirilməlidir. Beləliklə, torpaq daha məhsuldar sahələrə yönləndirilə bilər və yerli istehsalın artırılması təmin edilər. Torpaq üzərində düzgün istifadə məqsədilə kənd təsərrüfatı ilə məşğul olan şəxslərə stimullar verilməlidir.

 – Azərbaycanın ərzaq təhlükəsizliyini təmin etmək üçün hansı tədbirlər görülməlidir? Bakı şəhərinin ərzaq ehtiyacları hansı kəndlər tərəfindən qarşılanır və bu kəndlərdə istehsalın inkişaf etdirilməsi üçün hansı dəstəklər verilməlidir?

 – Azərbaycanın əsas şəhərlərindən olan Bakı, təkcə yerli əhalinin deyil, həm də ətraf bölgələrin qida təminatında mühüm rol oynayır. Sovet dönəmində Bakı şəhərinin ərzaq ehtiyaclarını yerli kəndlər, xüsusən Məştağa, Nardaran, Zirə, Buzovna, Bilgəh, Mərdəkan, Fatmeyi və.s bu  kimi kəndlər təmin edirdi. Yenidən bu kəndlərdən  çıxan məhsulların daha geniş və səmərəli şəkildə istifadəyə verilməsi üçün yerli istehsalçılara dəstək verilməli və ərzaq təhlükəsizliyi strategiyası hazırlanmalıdır. Torpaqların düzgün bölgüsü və kənd təsərrüfatı fəaliyyətlərinin təşviqi, iqtisadiyyatın güclənməsinə və ərzaq təhlükəsizliyinin təmin edilməsinə yardımçı olacaqdır. Bu məqsədlə kənd təsərrüfatı sektoruna diqqət ayrılmalı, torpaq sahələrinin məqsədli şəkildə istifadəsi təşviq edilməlidir. Torpaq sahibləri, xüsusilə kənd təsərrüfatı ilə məşğul olmayan şəxslər, bu torpaqları istifadə etməli və torpaqları satış vasitəsi kimi istifadə etməməlidir. Torpaqların kənd təsərrüfatı məqsədilə istifadə edilməsini təmin etmək üçün ciddi tədbirlər görülməlidir. Əgər bir şəxs torpaqdan təyinatı üzrə düzgün istifadə etmirsə, bu torpaq dövlətə qaytarılmalıdır ki, kənd təsərrüfatı və yerli istehsal üçün istifadə edilsin. Torpaqların qeyri-səmərəli istifadəsinə qarşı mübarizə aparılmalı və yalnız kənd təsərrüfatı məhsullarını istehsal edən şəxslərə torpaq verilməlidir. Torpaqların satışı və istifadəsi məsələsi daha şəffaf və düzgün olmaldır.Torpaqdan məqsədli istifadə kimi deyil, ərzaq təhlükəsizliyinə dəstək ələti kimi istifadə olunmalıdır.

 – Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi üçün hansı sahələrdə yerli istehsalın inkişaf etdirilməsi daha vacibdir?

– Azərbaycanın xaricdən asılılığını azaltmaq üçün milli istehsalın artırılması, yerli istehsalçıların dəstəklənməsi və xarici bazarlara məhsul ixracının təşviq edilməsi lazımdır. Bu, ölkə daxilində həm iqtisadi sabitliyi təmin edər, həm də ölkənin iqtisadi gücünü artırar. Azərbaycanın daxili resurslarını düzgün şəkildə istifadə etməsi və xarici asılılıqdan minimumum həddinə edirilməsi  ölkənin iqtisadiyyatını gücləndirəcək və həm sosial rifahı, həm də iqtisadi sabitliyi təmin edəcək. Azərbaycanda iqtisadi inkişafın və sosial sabitliyin təmin edilməsi üçün mühüm addımlardır. Torpaq siyasətinin düzgün tənzimlənməsi, kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması və xarici asılılığın azaldılması ölkənin iqtisadiyyatının güclənməsinə və ərzaq təhlükəsizliyinin təmin edilməsinə kömək edəcək. Bu addımlar, eyni zamanda təhsil xidmətlərinin inkişafına və yerli bazarın daha da genişlənməsinə də müsbət təsir göstərəcəkdir. Qonşu ölkələrdə siyasi və iqtisadi böhranların davam etdiyi bir dönəmdə  Azərbaycan regionda  yeganə ölkələrdən biridir ki, siyasi sabitlik təmin olunub. Siyasi təminat isə iqtisadi inkişafın və sosial rifahın təminatıdır.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Dekabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri