Icma.az
close
up
RU
AzərbaycanAlmaniya birgə ekspedisiyası Qarabağda arxeoloji tədqiqatlarını davam etdirir

AzərbaycanAlmaniya birgə ekspedisiyası Qarabağda arxeoloji tədqiqatlarını davam etdirir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniya Arxeologiya İnstitutu arasında bağlanmış memoranduma əsasən iki ölkənin arxeoloqlarının iştirakı ilə “Qarabağ düzənliyinin arxeoloji tədqiqi” layihəsi çərçivəsində arxeoloji tədqiqatlar davam edir.

2022-ci ildən etibarən Qarabağ düzənliyində Neolit və Xalkolit dövrü yaşayış məskənlərinin tədqiqini ehtiva edən birgə layihənin Azərbaycan tərəfdən rəhbəri Xəqani Alməmmədov, Almaniya tərəfindən isə Mark İserlisdir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu il arxeoloji qazıntılar Ağcabədi rayonunun Taynaq kəndi ərazisində yerləşən Canavartəpə Xalkolit dövrü yaşayış məskənində aparılıb. Qazıntılar zamanı qazma tipli yaşayış və təsərrüfat qurğuları, dövrün mədəni, iqtisadi, təsərrüfat həyatını özündə əks etdirən yüzlərlə maddi mədəniyyət nümunəsi aşkarlanıb. Ən çox maraq doğuran nümunələr kretulalardır. Kretulalar getdikcə mürəkkəbləşən yazıyaqədərki inzibati sistemdə uçot və təsdiqləmənin təminatı üçün tətbiq olunurdu və onlara Cənubi Qafqazın həmdövr abidələri içərisində ilk dəfə təsadüf edilir.

Abidəni maraqlı edən digər cəhət onun xronoloji çərçivəsi ilə bağlıdır. C14 analizlərinin nəticələrinə əsaslanaraq Leylatəpə mədəniyyətinə aid ən gec mərhələnin (e.ə. 3920-3430-cu illər) məhz burada qeydə alındığı söylənilə bilər.

Qeyd edək ki, layihə çərçivəsindəki birgə tədqiqatlar iki problem mövzu üzrə aparılır. “Qarabağın Neolit dövrü abidələrinin nisbi və mütləq xronologiyası” mövzusu üzrə aparılan tədqiqatlar çərçivəsində 10 abidədən götürülmüş nümunənin İsrail, Almaniya və Polşanın müvafiq laboratoriyalarında C14 analizləri aparılıb və Bayes xronologiyası əsasında Qarabağın Neolit dövrü məskunlaşma dinamikası modelləşdirilib. Neolitləşmə prosesinin müxtəlif inkişaf mərhələlərində baş vermiş təbii proseslərin izlənilməsi üçün həyata keçirilmiş palinoloji tədqiqatlar e.ə. VI minillikdə Qarabağ ərazisində yerli ekoloji xüsusiyyətlərin dərk edilməsinə imkan yaradıb.

Layihənin ikinci “Qarabağın Leylatəpə fenomeni” mövzusu üzrə aparılan tədqiqatlar regiondakı bu mədəniyyətə aid abidələrin öyrənilməsi məqsədi daşıyır. Layihə çərçivəsində əsas tədqiqat obyektləri olaraq iki abidə - Leylatəpə və Canavartəpə Xalkolit dövrü yaşayış məskənləri seçilib. İlkin nəticələr olaraq əvvəlki illərdə aparılmış arxeoloji qazıntılardan əldə edilən nümunələr əsasında Qarabağda bu mədəniyyətin mütləq xronoloji çərçivəsi müəyyənləşdirilib, saxsı məmulatı statistik və texnoloji baxımdan öyrənilib, paleoantropoloji, paleozooloji, paleobotanik və s. tədqiqatlar aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri