Icma.az
close
up
RU
Статья не опубликована
Azərbaycançı olmaq lazımdır Elçin Mirzəbəyli yazır

Azərbaycançı olmaq lazımdır Elçin Mirzəbəyli yazır

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kimsədən yüksək vətənsevərlik, parlaq milli şüur, fədakarlıq gözləmirəm. Heç gözləməyi doğru da saymıram... Amma "insan öz taleyini yaşadığı ölkənin taleyindən ayırmamalıdır". Sonuncu cümlənin müəllifi bir müddət öncə az qala sosial şəbəkə istifadəçilərinin yarısının "top atəşinə tutduğu" Ayaz Salayevdir. Bu mövzuya bir qədər sonra aydınlıq gətirməyə çalışacağam.

Azərbaycan bizim taleyimizdir. Bu həqiqəti daha dərindən dərk etmək üçün bu taleyin hər anını yaşamaq, imperiya əsarətindən, bayraqsızlıqdan, dövlətsizlikdən milli azadlığa, bayrağımıza, dövlətimizə yenidən sahibləndiyimiz, məğlubiyyətin əzici yükündən xilas olduğumuz ana kimi nə varsa öz içindən keçirmək və içindən keçmək lazımdır. Bu isə, şübhəsiz ki, hər kəsə nəsib olmur. Tale, qismət məsələsidir. Lakin bu o demək deyil ki, yuxarıda sadaladıqlarımın içindən keçməyənlər öz talelərini ölkənin taleyindən ayırmalıdırlar.

Türkiyədə baş verənlərlə bağlı mövzuya yenidən qayıtmayacağam. Çünki yağışdan sonrakı "siyasi talalar"dan boy atan, fundamental nəzəri biliklərinin olmamasının və siyasi təcrübəsizliklərinin hikkəsini Azərbaycanın taleyini öz taleyi bilən hər kəsin üzərinə zəhər kimi yağdıranların, hazırda bir neçə gün sonranı görə biləcəklərini gözləmirəm. Bir zamanlar Ukraynada baş verənlərdən təsirlənib, nəinki köynəklərini, hətta evlərinin divar kağızlarını belə narıncı rəngə bürüyənlərin mənəvi və siyasi davamçıları yenə də "meydandadılar". Klassik "küyə aparanlar" və "küyə gedənlər" cameəsini nəzərdə tuturam... "Meydan"da başqa bir camenin "fəalları" da var. Hər şeyə, hətta yaşadıqları ölkənin taleyinə belə ən müxtəlif və dar "dinçi", "məzhəbçı", "təriqətçı" baxış bucağından yanaşanlar... Belələri də mövcud vəziyyətdən, yəni vəfa borclarını bir an belə unutmadan Türkiyə Prezidentinə dəstəyini ifadə edənlərin səmimi hissələrindən "faydalanaraq" çağdaş Türkiyənin qurucusu Mustafa Kamal Atatürkü hədəfə almağa belə cəsarət edirlər. Bu zehniyyətin daşıyıcıları Türkiyədəki solçu camenin yuxarı eşalonunda yer və Azərbaycana qarşı xəyanətkar mövqe tutanları müdafiə edənlərdən fərqlənmirlər.

Ətrafımızda baş verənləri dəyərləndirmənin sadə bir düsturu var: Azərbaycançı olmaq lazımdır! Vəssalam!

Mənim üçün mütləq həqiqət milli maraqlarımızın son nöqtəsidir.

...İllər uzunu gəlişigözəl sözlərin arxasında gizlənib bizi təslimçi sülhə sövq etməyə çalışanların, ərazi bütövlüyümüzü və suvernliyimizi bərpa etdikdən sonra isə üzərimizə şərəfsizcəsinə yürüyənlərin siyasi əxlaqsızlığı, ədalətsizliyi görünür bəzilərinə görk olmayıb. Yenə eyni "hava", eyni "havalanma"...
Maraqlıdır ki, hər iki ziyanlı mövqe daşıyıcılarının arasında bütün günü millətdən, dövlətdən danışanların yan-yörəsindəkilər üstünlük təşkil edir. Statusundan asılı olmayaraq, siyasi və sosial "beyin mərkəzləri"nin təmsilçiləri də həmçinin...

Zənnimcə, bütün bunlar ciddi şəkildə təhlil edilməli və nəticə çıxarılmalıdır.

Bir müddət öncə qohum dil və ləhcələrin, xüsusilə də daha çox daşıyıcısı olan dillərin bir-birinə təsir göstərdiyi barədə nəzəriyyələri əsas gətirərək, fikirlərini özünəməxsus, uğurlu hesab etmədiyim bir şəkildə, daxili senzuradan keçirmədən ifadə edən Ayaz Salayevə gəldikdə isə, fikirlərimi mövzuya uyğun və çox qısa ifadə edəcəyəm. Populist ritorika ədalətli və real yanaşmanın qənimidir. Ayaz Salayevlərin sayı azaldıqca Balaəlilərin sayı artacaq. Son 10 il ərzində toplumsal intellektual və mədəni səviyyəmizin haradan haraya endiyini nəzərə alsaq, bizi bir müddət sonra mənəvi deqradasiyanın dibinə enmək kimi bir təhlükə gözləyir.

Milli varlığımızı və iradəmizi ifadə etməyin yeganə yolu milli identikliyimizi qorumaq şərtilə Türk Dövlətləri Təşkilatını gücləndirmək və qlobal təhlükəsizlik çətirinə çevirməkdən ibarətdir. Bütün türk xalqlarının özünəməxsus mədəniyyətləri və dilləri, ləhcələri qorunmalı və inkişaf etdirilməlidir. Yalnız bu halda inkişafın təməlini təşkil edən təbii rəqabətə nail olmaq və böyük mədəni hadisələrə imza atmaq mümkündür.

Elçin Mirzəbəyli,

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 25 Mart 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see139

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri