Icma.az
close
up
RU
Gözləməyə, inanmağa, yaşamağa dəyərdi… Elçin Mirzəbəyli yazır

Gözləməyə, inanmağa, yaşamağa dəyərdi… Elçin Mirzəbəyli yazır

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Elə yazılar var ki, şeir kimi yazılır! Sözlər ürəkdən süzülüb gəlir. Bir anda qarışıq duyğuların fırtınası qopur içində...

Barmaqların macal tapıb sevgi, qürur, sevinc, fərəh... dolu, bir-biri ilə qanında, canında, düşüncəndə qol-boyun olan sözləri kompüterin yaddaşına köçürə bilmir. Ürəyin birdən-birə o qədər böyüyür ki, kölgəsinə sığınıb qalırsan... "Ürəyim dağa döndü" deyimi də sevincdən, fərəhdən vulkan püskürən duyğuların "lava"sından yaranıb yəqin... Yoxsa ürək necə dağa dönə bilər ki? 28 il ürəyimizə çəkilən dağla yaşamışıq... Biz ürəyin dağa dönməsini haradan biləcəkdik? Zəfərə qədər nəyimiz var idisə, yarımçıq idi... Hətta özümüzün, doğmalarımızın ən gözəl günlərində də xoşbəxt ola bilmirdik. Nəsə çatmırdı... Vallah... Hətta günü özünə gün ağlamaqla keçənlərin də, Vətən sevgisi əlinə yenicə qələm alan uşağın cızma-qarasından seçilməyənlərin də ürəkdən sevinə bilmədiklərini hiss edirdim... Toyda-büsatda, masa arxasında deyilən sagliqların torpaqlarımızın işğaldan azad olunması arzusu ilə bitməsinin, tapdaq altında olan yurd yerlərimizin adlarının sıralanaraq "bizimdir" kəlməsinə pərcimlənməsinin, dərdə, acıya dəli kimi qol götürülüb oynanılmasının... səbəbini də indi anlayıram. Yarımçıq qürurumuzun, sevincimizin, hətta sevgimizin çatışmayan hissələrini şablon sagliqlarla, əttökən mahnılarla, rəqs havaları ilə tamamlamağa çalışırdıq. Amma olmurdu, alınmırdı... Yarımçıqlığının səbəbini anlayanlar özünə qapılıb içində xar olurdu, anlamayanlar isə qol götürüb oynayırdı, mahnı oxuyurdu, sağlıq deyirdi. Son nəticədə isə, anlayanın da, anlamayanın da sevinci yarımçıq qalırdı...

İndi bütün bunları yazmaq bəlkə də çox asandır. Anlamaq da həmçinin...

Yalnız neş il öncə, ruhumuzdakı yarımçıqlığa son qoyulduqdan anladıq ki, tarix yenidən yazılmır, yeni tarix yazılır: ZƏFƏR və QÜRUR tarixi!

Elə dəqiqələr, saatlar, günlər var ki, onların izi yaddaşımızın ən dərin qatlarına kimi işləyir. Təkrar-təkrar xatırlayırsan, amma bitmək bilmir, sanki hər anının nütfəsində bir ömrün yükü yatır. Bir qərinə daşıyır hər dəqiqə fitrətində. Hər saat yüz ilə meydan oxuyur, hət gün min illik tarixə ayna tutur.

…8 noyabr 2020-ci il. Ali Baş Komandan Şuşanın işğaldan azad olunduğu müjdəsini verir. Yerimdən sıçrayıram və mənimlə birlikdə illər uzunu içimə kilidlənmiş məğlubiyyət acısı da yerindən sıçrayıb düşmənin əski parçası kimi ayaqlarımın altına düşür.

...Həmin an məni ağuşuna alıb çılğın bir sevincin, göylərlə əlləşən qürurun zirvəsinə qaldıran, ruhumu üçrəngli bayraq kimi başımın üzərində dalğalandıran nə varsa, xatirimdədir. Heç nəyi unutmamışam, yaddaşımdan keçirən kimi gözümün önündə canlanır. Amma nə qədər çalışıramsa, sözlə ifadə edə, yaza bilmirəm. Və həm də çox yaxşı başa düşürəm ki, Zəfərimizi, bu sözü dilimizdə yenidən cücərdənlərin əməli qədər ifadə edə biləcək söz yoxdur. Böyük Zəfərlərin sevinci böyük sevgilər kimidi – yazılmır, yaşanır.

Zəfərdən yol alan zaman kəsiyindən 5 il keçir. Dopdolu və hər anı ağlın, inamın, qətiyyətin, adil gücün qaranlığı yarıb keçən işığının rənglərini sərir göz önünə...

30 ildən sonra başladılan bütövlük yolunun son akkordları 3 ilə vurulur. İndi üçrəngli müqəddəs bayrağımız azadlığına qovuşmuş digər yurd yerlərimizlə yanaşı Xankəndidə, Xocalıda, Xocavəndə, Əsgəranda, Ağdarədə, həm də bir zamanlar, qondarma, saxta, xəstə təfəkkürdən, xəyanətlə suvanmış natamamlıqdan, yarımçıqlıqdan doğan ultramillətçi “ideya”ların boy göstərdiyi meydanlarda dalğalanır!

Bəlkə də yaşadığımız zaman kəsiyinin sərhədlərinə sığmayan, bətnində iki əsrin arzularını daşıyan sevincin, xoşbəxtliyin ağırlığından hələ də əldə etdiyimiz Zəfərin nə qədər böyük bir məna yükü daşıdığının fərqində deyilik.

Biz, illər uzunu düşüncəmizə, ruhumuza, bütövlüyümüzə qənim kəsilən, bizi əzən, aşağılayan, özümüz olmağa qoymayan Qarabağ böyüklükdə məğlubiyyəti məğlub etmişik!

Biz, haqqımızı yeyən, gözümüzün içinə yalan və böhtan püskürən, yüzminlərlə soydaşımızı doğma yurdunun havasına, suyuna həsrət qoyan “üçbaşlı əşdaha”ları yenmişik.

Biz xeyrin şər, işığın qaranlıq üzərində zəfərinin mümkünlüyünü unutmuş, yadırğamış, hiyləgər, satqın, dönük və riyakar dünyaya və bu dünyanın ədalətsiz düzənindən əzab çəkən, sarsılan hər kəsə haqqın birüzlü və ləyaqətli qalib obrazını təqdim etməyi, nümunə göstərməyi bacarmışıq.

Məhz bu səbəbdən, həm də boyasız-filansız, öz Dövlətimlə, Bayrağımla, Ali Baş Komandanımla, Ordumla və Yurdumla qürur duyuram!

Bakıvaxtı.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Noyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri