Azərbaycanda 1 ildə evlənən 740 kişinin yaşı 60 dan yuxarı olub
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda ötən il rəsmi nikah bağlayan 48546 nəfərdən 740 bəyin yaşı 60-dan yuxarı olub.
Bu barədə Dövlət Statistika Komitəsindən BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, 2025-ci ildə ölkə üzrə ümumilikdə 48 546 nikah qeydə alınıb.
Cəmiyyətdə tez-tez müzakirə olunan "sevginin yaşı yoxdur" ifadəsini bu statistika bir daha təsdiqləyir. Belə ki, ötən il ölkədə 60 yaşdan yuxarı olan 740 bəy özünə həyat yoldaşı seçərək yenidən ailə həyatı qurub.
Paytaxt üzrə də rəqəmlər diqqət çəkir. Bakı şəhərində ötən il qeydə alınan 11 299 nikahdan 271-i məhz 60 yaş və yuxarı kateqoriyaya aid bəylərin payına düşüb. Bakı rayonları arasında bu yaş qrupunda evliliklərin sayına görə Xətai (39 nəfər) və Nərimanov (37 nəfər) rayonları ön sıralarda qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 15 Sentyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















