Azərbaycanda 16 dərəcə şaxta: Bu yolları buzdan keçmək olmayacaq Sabahın HAVASI
Icma.az, Lent az saytına istinadən bildirir.
Yanvarın 23-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 65-70 % təşkil edəcək.
Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 12-16 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 22 Yanvar 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















