Azərbaycanda 16 yaşında ana olan yeniyetmə körpəsindən İMTİNA ETDİ VİDEO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda 16 yaşlı yeniyetmə ana olub və dünyaya gətirdiyi körpədən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib.
Onun sözlərinə görə yeniyetmə ana körpəyə baxmaqdan imtina edib:
“İstəyirdik ki, bu körpə anasının qucağında, onun sevgisi ilə böyüsün. Ancaq bütün səylərimizə baxmayaraq, ana körpəyə baxmaq istəmədiyini bildirdi. Onu qınaya bilmirik onun cəmi 16 yaşı var.
Bu körpəni sahibsiz qoyan atasına isə yalnız bir arzumuz var: ümid edirik ki, bir gün vicdanı oyanar və ən azından bu körpəyə sahib çıxar”, - deyə sığınacaq rəhbəri əlavə edib.
Mehriban Zeynalova hazırda körpənin körpələr evinə yerləşdirilməsi üçün müvafiq prosedurların aparıldığını bildirib.
Alçina Amilqızı, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 29 Oktyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















