Icma.az
close
up
RU
Sabahın ulduzları dünənin reallığı, bu günün tələbidir

Sabahın ulduzları dünənin reallığı, bu günün tələbidir

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

2026-cı ilin pozitiv xəbərlərindən biri ötən həftə açıqlanan "Sabahın ulduzları" layihəsinin yenidən bərpası ilə bağlı oldu. Ölkə futbolunda ən uğurlu layihələrdən biri olan, bu il 20 yaşını qeyd edəcək yarış mart ayının əvvəlində start götürəcək. Bakı Kuboku uğrunda turnir U-13 və U-14 yaş qrupları üzrə keçiriləcək və mart ayının 4-5-də ilk turun oyunları baş tutacaq. Bakı Futbol Federasiyası mətbuata ünvanlanan press-relizdə “Sabahın Ulduzları” layihəsi çərçivəsində yarışların bərpasının həm də AFFA-nın qəbul etdiyi futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun olduğunu, assosiasiya ilə birgə qərarla ərsəyə gələcəyini vurğuladı.

Alqışlanmalıdır... Çünki "Sabahın ulduzları" yaddaşlarda milli komandaların və klublarımızın beynəlxalq oyunlarda uğursuz çıxış etdiyi, böyük hesablarla uduzduğu və problemin kökündə uşaq futbolunun dayandığını hər kəsin bildiyi dövrdə araya-ərsəyə gəlmişdi. Bir sözlə, "Sabahın Ulduzları" uşaq futbolunda təməlli və tam kompleks yanaşmanın ilk addımları idi. Ədalət naminə qeyd etməliyik ki, hər kəsin uğur üçün kosmetik tədbirlərə əl atdığı vaxtda təşkilatçıların bünövrəni düşünməsi uzaqgörən addım idi. Müsbət imiclə yadda qalması, bu gün də xatırlanması təsadüfi deyil.   

"Sabahın ulduzları" seleksiya rolunu da oynayırdı. İstedadlı uşaqların üzə çıxması üçün meydan idi bu layihə. Hazırda Bakı Futbol Federasiyasının prezidenti postunu tutan Tahir Süleymanovun ideyası olan, qardaşları - mərhum Məzahir Süleymanzadə və Mahir Süleymanovun təşkilatçılıq və yorulmaz əməyi sayəsində müvafiq yaş qrupları üzrə Azərbaycan çempionatından çox, məhz "Sabahın ulduzları"na önəm verilir, prinsipial sayılırdı. Azyaşlılar sanki beynəlxalq turnirə qatılırmış kimi həvəslə çıxış edirdilər. 
Bu gün hansı kluba baxsan həmin layihədən bəhrələnmiş futbolçuya rast gəlmək mümkündür. Emil Balayev, Mahir Emreli, Coşqun Diniyev, Fəhmin Muradbəyli, Namiq Ələsgərov, Rahil Məmmədov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Elşən Abdullayev və onlarla digərlərinin adını çəkə bilərik. 
Yeri gəlmişkən, 2006-cı ilin yaz-yay aylarında təşkil olunan Bakı birinciliyi 1995-96-cı il təvəllüdlü uşaqlar arasında keçirilmişdi. Hansı ki, həmin uşaqların bir çoxu bu gün karyeralarının ən yetkin dövrünü yaşayırlar. Sonrakı illərdə turnir Musa Qurbanlı, Rza Cəfərov, Ağadadaş Salyanski, Murad Məmmədov və digər futbolçuların yetişməsində öz töhfəsini verib.
Üstəlik, başda FİFA referisi Əliyar Ağayev olmaqla, bir çox hakim də ilk addımlarını "Sabahın ulduzları"nda atıb, tədricən püxtələşib...

Nəzərə alsaq ki, həmin dövrdə Bakı Futbol Federasiyasının təşkil etdiyi turnir yetərli qədər təbliğ olunmurdu. Düzdür, qurum həmin dövrdə ölkədə yeganə idman kanalı, o cümlədən barmaqla sayılacaq qədər olan çap mediası ilə əməkdaşlıq edir, yarışlara  həsr edilən "Top" jurnalı işıq üzü görürdü. Ancaq nəzərə alsaq ki, bugünkü imkanlar daha genişdir və onlayn medianın, həmçinin, telekanalların geniş publikaya çıxışı var, "Sabahın ulduzları"nı bol audutoriya ilə təmin etmək, futbolun təbliğinə şərait yaratmaq, beləliklə, yeni-yeni istedadların üzə çıxmasına rəvac vermək mümkündür, hətta vacibdir. Uşaq futbolunda vacib təməl prinsiplərindən biri də məhz valideynləri, azarkeşləri, bütün futbol ictimaiyyətini prosesə cəlb etməkdir.

"Sabahın ulduzları" böyük layihədir. Hazırkı münasib şərait (AFFA-nın dəstəyi, medianın əməkdaşlığı sayəsində) layihənin əhatəli həyata keçirilməsi real görünür. Bundan qazanan Azərbaycan futbolu olacaq. Çünki yeni meydan sayəsində yeni-yeni istedadlar üzə çıxacaq, formalaşacaq, millinin keyfiyyətli futbolçularla təmin olunması və nəticələrin yaxşılaşmasına şərait yaranacaq. 15-20 il əvvəl şəxsi nüfuzu sayəsində layihəni icra edən, bir çox süni əngəllərlə qarşılaşan təşkilatçılara bu dəfə dəstək olmaq lazımdır. Bunun üçün hər kəs əlini daşın altına qoymalıdır. Çünki "Sabahın ulduzları" dünənin reallığı və bu günün tələbidir.  

Fanat.Az

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://fanat.az
archiveBu xəbər 02 Fevral 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see616

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see144

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see141

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see139

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri