Icma.az
close
up
RU
Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının təcəssümü 2 fevral Gənclər Günü

Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının təcəssümü 2 fevral Gənclər Günü

Icma.az bildirir, Avtosfer portalına istinadən.

2 fevral - Gənclər Günü cəmiyyətin gələcəyini formalaşdıran, yeniliyin, inkişafın və dinamizmin əsas daşıyıcısı olan gənclərin rolunu ön plana çıxaran əlamətdar bir gündür. Azərbaycan gəncliyi tarixən ölkənin ictimai-siyasi, mədəni və sosial həyatında fəal iştirak etmiş, dövlətçilik ənənələrinin qorunmasında və inkişafında mühüm töhfələr vermişdir.

Avtosfer.az xəbər verir ki, bu gün gənclərə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Gənclərin təhsili, məşğulluğu, sosial rifahı və potensialının reallaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər onların cəmiyyətə inteqrasiyasını daha da gücləndirir. Gənclər Günü isə bu diqqət və etimadın simvolu olaraq, gənclərin nailiyyətlərini dəyərləndirmək və onların gələcəyə inamını möhkəmləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Gənclər Günü ilə əlaqədar Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, gənclərin hamısının vətənpərvərliyi və vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etmələrinə çalışmalıyıq:
“Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan prezident İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edir. Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə bir çox sərəncam və fərmanlar qəbul edib. Həmin sərəncamlarda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri öz əksini tapmışdır. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək gəncləri ideya müəllifi olmağa səsləyirdi. Yəni, hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməlidir. Bu gün gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, gənclərin dövlət idarəçiliyində, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Prezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir”.

Deputat Göydəniz Qəhrəmanovanın sözlərinə görə, dövlət tərəfindən yerinə yetirilən mexanizmlər gənclərin sosial, intellektual və yaradıcı potensialının üzə çıxarılmasına geniş imkanlar açır:
“Azərbaycanda səmərəli və məqsədyönlü dövlət gənclər siyasəti bu gün də ardıcıl və uğurla davam etdirilir. Bu siyasətin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və illər ərzində Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafının təmin edilməsinə xidmət edir. Məhz bu strateji yanaşma gənclərin cəmiyyətin fəal üzvü kimi formalaşmasına mühüm töhfələr verir. “Gənclər siyasəti haqqında” Qanunun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Fondunun fəaliyyəti, eləcə də ölkəmizdə Gənclər Gününün təsis edilməsi dövlətin gənclərə göstərdiyi sistemli və ardıcıl diqqətin bariz nümunələridir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan dövləti gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasına daim xüsusi diqqət yetirir. Həyata keçirilən məqsədyönlü proqram və layihələr gənclərdə vətənpərvərlik, dövlətçilik və milli kimlik şüurunun möhkəmləndirilməsinə xidmət edir. Bu yanaşma gənclərin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə Azərbaycanı layiqincə təmsil etməsinə imkan yaradır. Əldə olunan tarixi qələbələrdə Azərbaycan gənclərinin rolu həlledici olub. Gənclər həm döyüş meydanında, həm də arxa cəbhədə böyük fədakarlıq və vətənpərvərlik nümunəsi nümayiş etdirdilər. Bu fakt bir daha sübut etdi ki, gənclərin milli ruhda yetişdirilməsi dövlət siyasətinin ən uğurlu nəticələrindən biridir. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən uzaqgörən siyasətinin davamıdır. Eyni zamanda, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə göstərdiyi davamlı qayğı və dəstək bu siyasətin müasir dövrdə daha da güclənməsini təmin edir. Dövlət–gənclər münasibətlərində formalaşmış bu etibarlı model Azərbaycanın gələcək inkişafının əsas təminatlarından biridir”.

Sosioloq Naib Niftəliyev isə deyib ki, gənclər hər zaman cəmiyyətin aparıcı qüvvəsi sayılır və Azərbaycanda gənclərə münasibət daim diqqət mərkəzindədir:
“Gənclərin problemləri və qayğıları dövlətin siyasi hədəflərindən biri olaraq qalır və gənclərlə bağlı ayrıca nazirlik mövcuddur. Yəni gənclərin fəaliyyəti tənzimləndikcə, onların işsizlik, məşğulluq və digər sosial problemlərinin həllinə hər zaman xüsusi diqqət yetirilir. Cəmiyyətdə hansısa sosial problemlər mövcuddursa, gənclər çox zaman bu qayğını və çətinlikləri öz üzərlərində daşıyırlar. Bununla yanaşı qeyd edək ki, bəzi məsələlərdə gənclərə münasibət, xüsusi diqqət və qayğı dəyişməkdədir və son on ildə baş verən dəyişikliklər ümumilikdə müsbət xarakter daşıyır. Yəni gənclərin əhəmiyyətli bir qismi xaricdə təhsil almağa və fəaliyyət göstərməyə meyillənib ki, bu da təbii və gözlənilən haldır. Çünki inkişaf etmiş ölkələrdə fəaliyyət göstərmək və həmin istiqamətdə karyera qurmaq gənclərə daha çox perspektiv və rifah vəd edir. Bununla yanaşı, Azərbaycan cəmiyyətində də gənclər öz işlərini, bizneslərini və fəaliyyətlərini qura bilirlər. Azərbaycan əhalisinin təxminən 2,5 milyonunu gənclər təşkil edir. Bu göstərici yaş təsnifatlarına görə dəyişə bilər və son statistikaya əsasən bu rəqəm 25 faizdən bir qədər artıqdır. Ümumiyyətlə, bu yaş kateqoriyasına daxil olan insanlar cəmiyyətin sosial çətinliklərinin həllində, məşğulluq məsələlərində və rifah problemlərinin aradan qaldırılmasında əsas məsuliyyəti və yükü daşıyırlar”.

Sosioloq vurğulayıb ki, Azərbaycan gənci özünü həm də qalib əsgər, qalib hərbçi kimi təsdiq edib:
“İstər-istəməz Azərbaycan gənclərinin sosial portreti haqqında danışıldıqda, bir qədər qayğılı, bir qədər həssas, böyük məsuliyyət yükünü üzərinə götürmüş və bütün çətinliklərə baxmayaraq cəmiyyəti irəli aparan bir gənc obrazı başa düşülür. Son on ildə baş verən əsas hadisələr Qarabağın azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlıdır və bu proseslərdə gənclərin üzərinə düşən yük daha da böyük olmuşdur. 44 günlük Vətən müharibəsi və daha sonra 23 saatlıq antiterror əməliyyatı zamanı Azərbaycan rdusunun gənc əsgərləri, zabitləri və komandirləri öz nümunələrində qüruru, qalibiyyəti və milli düşüncəni bir daha ortaya qoydular. Bu gün Azərbaycan gənci tolerantdır, milli düşüncəlidir və milli hədəflərə doğru irəliləməyə çalışır. Təbii ki, burada müəyyən təsirlər, bəzi mənfi hallar və neqativ amillər də mövcuddur və bəzən müsbət proseslərə yanlış təsirlər göstərə bilir. Bununla yanaşı, gənclərin fəaliyyətində müəyyən sistemlilik və məqsədyönlülük diqqəti cəlb edir. Digər tərəfdən isə Azərbaycan gənci bu gün dünyaya açıqdır və baxışları genişdir. Gəncliyin bu günü, təbii ki, ilk Gənclər Günü ilə bağlı keçirilən toplantılar və Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan siyasətin nəticəsidir. Həmin vaxtdan xeyli müddət, onilliklər keçməsinə baxmayaraq, biz hər il fevralın 2-ni Gənclər Günü kimi qeyd edirik. Azərbaycan gəncləri bu gün də daim diqqət mərkəzində saxlanılır. Lakin cəmiyyətin ümumi problemləri və çətinlikləri fonunda gənclərin üzərinə düşən məsuliyyət yükü ağır olaraq qalır. Hesab edirik ki, Azərbaycan cəmiyyətində problemlər həll edildikcə, rifah məsələləri yaxşılaşdıqca, sosial-iqtisadi çətinliklər aradan qalxdıqca və dünyada baş verən sosial, iqtisadi, siyasi və geosiyasi proseslər tənzimləndikcə, gənclərin də problemləri cəmiyyətin ümumi problemləri ilə birlikdə həllini tapacaq və aradan qalxacaq”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanıb.


Nurcan Babək

Oxunub 44

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Fevral 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see616

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see144

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see141

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see139

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri