Icma.az
close
up
RU
Azərbaycanda 2 manatlıq marafonlar: Hamını arıqladanlar kimdir?

Azərbaycanda 2 manatlıq marafonlar: Hamını arıqladanlar kimdir?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Son zamanlar sosial şəbəkələrdə tez-tez qarşımıza çıxan dietoloqların və onların keçirdikləri 21 günlük və ya bir aylıq marafonların şahidi oluruq.

Hətta 2 manata belə, marafona qoşan dietoloqlar var. Belə ki, “Facebook”, “Instagram”, “WhatsApp”, "Telegram" kanallarında qruplar yaradılır və insanlara pəhriz menyuları təqdim edirlər.

Əslində, verilən dietoloq menyuları şəxsə özəl olmalıdır. Yəni, müraciət edən şəxslər analiz olunmalı, bədən kütlə indeksi hesablanmalı, orqanizmdə olan hər hansı problem nəzərə alınmalıdır. 

Ümumiyyətlə, Azərbaycanda dietoloq ixtisası var? Bəs sosial şəbəkələrin bizə təklif etdiyi dietoloqlar nə qədər təhlükəlidir?

Məsələ ilə bağlı tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, tibbdə hər bir pəhrizin konkret hədəfi var.

O bildirib ki, sosial şəbəkələrdən insanlara arıqlamaq üçün çoxlu sayda müxtəlif pəhrizlər təklif edilməsi səhvdir:

“Əslində tibbi pəhrizlər, dietalar var. Yəni pəhriz 1, 2, 3, 4, 5 və s. 20-yə yaxın pəhriz var. bunlar müxtəlif cəhrrahi xəstəliklər, başqa-başqa istəklər zamanı verilən pəhrizlərdir.

Əsas mahiyyəti isə ondan ibarətdir ki, xəstəliklər zamanı həmin xəstəliyin istər potogenezində, istər inkişaf mexanizmində bu və ya digər dərəcədə aidiyyəti olan qida kompenentləri orada olmasın, ya da sonra bəzi orqanizmlərdə çatışmayan qida komponentləri orada olsun. 

Bədən çəkisini atmaq, yəni arıqlamaq üçün nəzərdə tutulan pəhrizlərə gəlincə isə, təəssüflər olsun ki, insanlar internet üzərindən, sosial şəbəkələrdən müxtəlif pəhrizlərə qoşulurlar. Onlar anlamalıdır ki, sosial şəbəkələrdən insanlara pəhrizlərin məsləhət bilinməsi tam yanlışdır”.

Onun sözlərinə görə, bu, estetik cərrahlarda olduğu kimi boşluqdan sui-istifadə məsələsidir: 

“Təəssüflər olsun ki, insanlar bəzən bundan istifadə edir. Müxtəlif dərmanlardan, hansılar ki, reklam olunur, onlardan istifadə edirlər və sonda müxtəlif problemlər yaşayırlar. Azərbaycanda hələlik dietoloq ixtisası yoxdur. Amma xaricdə bu ixtisas var.

Məsələn, qardaş Türkiyədən bu ixtisas üzrə mütəxəssislər artıq Azərbaycanda çalışır və onlar hər bir fərdə individual yanaşırlar. Mübadilə pozuntusunun, bədən çəkisi artıqlığının əsl səbəblərini araşdırır tapır və buna uyğun da pəhrizlər təyin edirlər. 

Pəhrizlər orqanizmi ekstrimal duruma salmamalıdır, orqanizmdə başqa bir xəstəliyin inkişafına başlanğıc verməməlidir. Bu, tamamilə orqanizmi yükləyən, onun bədənində depolaşan karbohidratların qarşısını almaq, orqanizmi saz vəziyyətə gətirmək, daxili homestazı tənzimləmək üçün nəzərədə tutulan qidalardır. 

Hesab edirəm ki, bu da həmin məsələdir. Akkreditasiya olmadığına, konkret ixtisas sahibləri bilinmədiyinə görə kim nə ilə istəyir məşğuldur. Düşünürəm ki, bu da estetik cərrahlarda olduğu kimi boşluqdan sui-istifadə məsələsidir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Yanvar 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri