Azərbaycanda 2 min manatlıq cərimə 50 manata endirilir
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avtomobillərdə qanunsuz reklamın yayılmasına görə cərimələr 2 min manatdan 50 manatadək endiriləcək.
Yeniavaz.com “Trend”ə istinadla xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 27-də keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə 50 manat məbləğində cərimə ediləcək.
Qanun layihəsində həmçinin, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasının da foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi təklif edilir.
Bu mövzuda digər xəbərlər:Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR
08 İyun 2026 11:10
Azərbaycanda yenilənmiş 50 manatlıq tədavülə buraxılır
25 Dekabr 2025 10:47
AYİB Azərbaycanda 50 milyon manatlıq istiqraz buraxır
25 Sentyabr 2025 17:44
Sosial şəbəkə platformalarına 50 min manatlıq cərimə tətbiq ediləcək
05 Avqust 2026 13:25
Azərbaycanda cərimə balları 20 dən 50 yə QALDIRILIR?
05 İyun 2026 11:47
Baxış sayı:46
Bu xəbər 28 Oktyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















