Azərbaycanda 21 yeni domen dövlət qurumlarının istifadəsinə verilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 11 iyun, AZƏRTAC
Bu ilin yanvar-may aylarında Azərbaycanda 21 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.
AZƏRTAC Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin hesabatına istinadla xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 103 yeni subdomen də verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz azdır. Eləcə də ötən dövr ərzində Azərbaycanda dövlət qurumlarının adına bənzər 5 saxta domen bloklanıb.
Qeyd edək ki, 2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen əldə edib. Hesabat dövründə 100 saxta domen aşkarlanaraq Dövlət Xidməti tərəfindən bloklanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 11 İyun 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















