Azərbaycanda 29 yeni domen dövlət qurumlarının istifadəsinə verilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 5 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 29 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.
AZƏRTAC Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin hesabatına istinadla xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 157 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 21 faiz azdır.
Qeyd edək ki, 2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen əldə edib. Hesabat dövründə 100 saxta domen aşkarlanaraq Dövlət Xidməti tərəfindən bloklanıb.

Azərbaycanda 29 yeni domen dövlət qurumlarının istifadəsinə verilib
05 Avqust 2025 15:52
Azərbaycanda 15 yeni domen dövlət qurumlarının istifadəsinə verilib
06 May 2025 14:42
Azərbaycanda 21 yeni domen dövlət qurumlarının istifadəsinə verilib
11 İyun 2025 13:46
Birinci rübdə Azərbaycanda 26 yeni domen dövlət qurumlarının istifadəsinə verilib
03 İyul 2025 14:34
Azərbaycanda I rübdə dövlət qurumlarının adına bənzəyən 5 domen bloklanıb
04 Aprel 2025 14:05

