Azərbaycanda 38 yaşlı kişi balta ilə uşaqlara hücum çəkdi
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Quba rayonunda yerləşən istirahət parklarının birində uşaqların üzərinə balta ilə hücum çəkən vətəndaş hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
"Cebheinfo.az" Lent.az-a istinadən xəbər verir ki, sözügedən insident şəhər ərazisindəki Nizami adına parkda baş verib.
38 yaşlı Davud Mirzəyev (ad və soyad şərti xarakter daşıyır - red.) axşam saatlarında əlindəki balta ilə azyaşlıları təqib edib. Həmin vaxt ərazidə xidmət aparan polis nəfərləri dərhal müdaxilə edərək onu saxlayıb və kəsici aləti müsadirə ediblər. Davud və onun qorxutduğu uşaqlar birlikdə polis bölməsinə aparılıblar, saxlanılan şəxs barəsində iki müvafiq maddə üzrə protokol rəsmiləşdirilib.
Dindirmə zamanı D.Mirzəyev hadisə vaxtı spirtli içkinin təsiri altında olduğunu, bu səbəbdən də etdiyi hərəkətləri və yaşananları xatırlamadığını bildirib.
Quba Rayon Məhkəməsi onun əməlində cinayət tərkibinin mövcudluğunu nəzərə alaraq, işin dərindən araşdırılması üçün Quba Rayon Prokurorluğuna və rayon Polis Şöbəsinə yönləndirilməsinə qərar verib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Fevral 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















