Azərbaycanda dəhşətli cinayət: 38 yaşlı kişi sevgilisinin qızına...
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Saatlı rayonunda 38 yaşlı kişi sevgilisinin azyaşlı qızına təcavüz edib.
“Yeni Sabah”ın Oxu.Az-a istinadla məlumatına görə, hadisə Saatlı rayonu ərazisində keçmiş məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə baş verib. Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü Anar İsayev (soyadı şərtidir) adıçəkilən şəhərcikdə xanımla tanış olub. O, himayəsində yetkinlik yaşına çatmayan qızı olan xanımla bir müddət sevgili olduqdan sonra bir yerdə yaşamağa qərar verib. Əvvəlcə qadın qızını anasının himayəsində saxlasa da, təxminən bir ildən sonra qadın yetkinlik yaşına çatmayan qızını Anarın razılığı ilə yaşadıqları evə gətirib və birlikdə yaşamağa başlayıblar.
Qadın işlədiyindən onun qızı evdə tək qalmalı olub. Bundan istifadə edən Anar tez-tez evə gələrək qıza qarşı seksual hərəkətlər etməyə başlayıb. O, qızı anasını öldürməklə hədələyərək onunla mütəmadi seksual xarakterli hərəkətlər edib və bu barədə heç kimə məlumat verməməyi tapşırıb. Pepperoni pizza
Bir müddətdən sonra o, yenidən evdə qızla seksual xarakterli hərəkətlər edərkən ona bədən xəsarətləri yetirib. Hadisədən xəbər tutan qızın dayısı bu barədə polisə məlumat verib. Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə A.İsayev saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə A.İsayev 11 il azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 05 Avqust 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















