Icma.az
close
up
RU
Azərbaycanda 4 günlük iş həftəsi ola bilərmi?

Azərbaycanda 4 günlük iş həftəsi ola bilərmi?

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Son vaxtlar bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da iş həftəsinin 4 günə endirilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir, təşəbbüslər irəli sürülür. Bəs görəsən bu nə dərəcədə mümkündür?
Newscenter.az-ın xəbərinə görə, Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev mətbuatın sorğusuna cavabında bildirib ki, pandemiyadan sonra dünyada yaranan yeni şərait müəyyən qisim insanların işlərini evdən də görə biləcəklərini göstərdi:

"Məsələn, bəzi böyük şirkətlər kirayə yerlər götürmüşdülər, pandemiya dövründə isə bəlli oldu ki, buna ehtiyac yoxdur, müəyyən işləri işə getmədən də həll etmək mümkündür. Bu, artıq dünyada qəbul olundu. Nəzərinizə çatdırım ki, Azərbaycanda da müəyyən şirkətlərin işçiləri işlərini evdən görürlər. Buna görə də işə getmələrinə ehtiyac olmur. Dünya dəyişir, inkişaf edir. Məsələn, siyasi partiyalarda yaradıcı adam yazı yazırsa, onun işə gəlməsinə ehtiyac olmur. Evdən daha rahat yazacaqsa, ayrı-ayrı yerlərdə iş imkanları varsa, niyə işə gəlməlidir? Yəni ictimai-siyasi təşkilatlarda, şirkətlərdə artıq bu qayda onsuz da həyata keçirilir".
Elşad Musayev inanır ki, bundan sonra da bu üsul tətbiq olunacaq:
"Təbii ki, belə halda tıxac problemi də xeyli aradan götürülür. Bildiyim qədəri ilə, Azərbaycanda 4 iş günü olması ilə bağlı rəsmi təklif hələ yoxdur. Dövrün, zamanın tələblərinə uyğun şərait yaranır, rəsmi və ya qeyri-rəsmi bu cür üsullardan istifadə olunur. Şəxsən mən müzakirəyə açığam. İstənilən məsələ müzakirə oluna bilər. Dörd iş günü ilə bağlı müzakirə açılarsa, təbii ki, mövqeyimizi bildirəcəyik".
Qeyd edək ki, 2025-ci ilin aprelindən Yaponiyada dövlət işçiləri üçün dörd günlük iş həftəsi tətbiq ediləcək".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Dekabr 2024 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see189

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see149

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see145

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see145

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see143

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see142

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see138

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see137

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see128

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see127

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see127

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see127

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see126

Gənc yaşda dodaq dolğusunun fəsadları barədə XƏBƏRDARLIQ

29 Sentyabr 2026 14:06see126

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see126

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see126

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see126

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see126

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see125

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri