U 23 Avropa çempionatı: Boksçularımızın ilk rəqibləri məlum olub
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Xorvatiyanın Poreç şəhərində keçiriləcək qitə birinciliyinin püşkatma mərasimində Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Məşqçilər Elbrus Rzayevlə Elvin Məmişzadənin şans verəcəyi boksçulardan 2-si - Məhəmmədəli Aşırəliyevlə Nicat Alırzayev noyabrın 16-da start götürəcək turnirin ilk günündə rinqə çıxacaqlar.
50 kq
Bilalhəbaşi Nəzərov - Katalin Turku (Moldova)
55 kq
Zidan Hümbətov - Badreddin Burauia (İtaliya)
60 kq
Məhəmmədəli Aşırəliyev - Georgios Pleas (Yunanıstan)
65 kq
Əli Abdullayev - Artur Kuzmenko (Ukrayna)
70 kq
Nicat Alırzayev - İdriss Əhməd Xlifi (Belçika)
75 kq
Abbasqulu Şadlinski - Arşak Bablumyan (Ermənistan) / Mixal Pejxala (Polşa) cütünün qalibi
+90 kq
Səbuhi Əlizadə - İşxan Hovsepyan (Ermənistan)
Qeyd edək ki, doqquz gün davam edəcək yarışda 39 ölkədən 276 idmançı mübarizə aparacaq, qaliblərin adına isə noyabrın 24-də aydınlıq gələcək. Turnirdə Azərbaycanı Anar Nağdıyev hakim kimi təmsil edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 16 Noyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















