Azərbaycanda 47 kişi zorakılığa məruz qalıb RƏSMİ
Shownews saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2026-cı ilin ilk altı ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı ümumilikdə 292 müraciət daxil olub.
Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Bildirilib ki, məişət zorakılığı ilə bağlı müraciət edənlərin 230-u qadın, 47-si kişi, 15-i isə uşaqdır.
T.Mərdanoğlunun sözlərinə görə, daxil olan müraciətlərin böyük əksəriyyəti fiziki və psixoloji zorakılıq halları ilə bağlıdır. Bununla yanaşı, iqtisadi zorakılıq faktları da qeydə alınıb:
"Hər bir müraciət operativ qaydada araşdırılıb, vətəndaşlara hüquqi, psixoloji və sosial dəstəyin göstərilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Müraciətlərin xarakterindən asılı olaraq aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə aparılıb, zəruri hallarda mühafizə və müdafiə mexanizmlərinin tətbiqi üçün müvafiq addımlar atılıb.
Məişət zorakılığı ilə bağlı müraciətlər üzrə operativ reaksiya təmin edilməklə yanaşı, zərərçəkmiş şəxslərin təhlükəsizliyinin qorunması, hüquqlarının təmin edilməsi və onların müvafiq xidmətlərə yönləndirilməsi daim diqqətdə saxlanılıb. Eyni zamanda, hər bir müraciət üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlərin görülməsi üçün aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyət həyata keçirilib".
Qeyd edək ki, Dövlət Komitəsi məişət zorakılığı ilə mübarizənin yalnız hüquqi müdaxilə ilə məhdudlaşmadığını, eyni zamanda maarifləndirmə, erkən müdaxilə və institusional əməkdaşlığın bu istiqamətdə mühüm rol oynadığını vurğulayır. Məişət zorakılığı ilə bağlı hər bir müraciətə həssaslıqla yanaşılır və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi əsas prioritetlərdən biri olaraq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 21 Avqust 2026 04:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















