Tailandda dəhşətli yanğın: 11 ölü, 38 yaralı KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tailandın Phuket adasının Patonq rayonunda baş verən iri miqyaslı yanğın nəticəsində on bir nəfər ölüb, daha 38 nəfər xəsarət alıb.
KONKRET.az “Report”a istinadən məlumatına görə, yanğın bazar ertəsinə keçən gecə motosiklet icarəsi mağazasının yaxınlığındakı yanacaq aparatın yaxınlığında baş verib və yaxınlıqdakı binalara yayılıb.
Yanğın beş dördmərtəbəli ticarət binasını əhatə edib. Kirayə mağazasının yaxınlığında park edilmiş bir neçə motosikletə də ziyan dəyib.
Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım xidmətlərinin əməkdaşları gəlib. Alovu söndürmək üçün beş yanğınsöndürmə maşını cəlb edilib. Xilasedicilər yanğını təxminən 40-50 dəqiqə ərzində nəzarət altına alıblar.
İlkin məlumata görə, tüstüdən zəhərlənmə də daxil olmaqla 38 nəfər xəsarət alıb. Zərərçəkənlər Patonq xəstəxanasına aparılıb.
Patonq polis bölməsinin rəisi bildirib ki, ölənlərin sayı 11 nəfərə çatıb.
Yanğının səbəbi və insan ölümlərinin başvermə şəraiti araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 16 Noyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















