Icma.az
close
up
RU
Azərbaycanda 5 6 partiya var Tural Abbaslı

Azərbaycanda 5 6 partiya var Tural Abbaslı

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda dövlət qeydiyyatında 26 siyasi partiya var. Bu rəqəm sadəcə statistik göstərici deyil, o həm də ölkədə partiya sisteminin formal, lakin iflic vəziyyətini, eləcə də siyasi teatrın səhnəsini simvolizə edir. Tarixi metafora olaraq “26 Bakı Komissarı” xatırlanır: onlar bolşevik inqilabının ilk illərində Sovet hakimiyyətinin qurulmasında rol oynamış, lakin tarixin gedişində faciəvi sonla yadda qalmışdılar.
Bugünkü siyasi mənzərə də bir növ oxşardır: Azərbaycanda 26 partiya mövcuddur, amma onların əksəriyyəti ya formal, ya da sistemin içindəki avaragor və demoqoqların yığını kimi fəaliyyət göstərir. Siyasi teatr səhnəsində hər bir partiya bir aktyor, hər bir lider isə rolunu oynayır; amma səhnə dekorasiyası artıq hazırdır və ictimai təsir minimuma enib.
Niyə məhz 26 partiya, niyə 31 və ya 69 deyil? Bu rəqəm sadəcə təsadüfi deyil — o, Mərkəzi hakimiyyətin yönləndirməsi ilə formalaşan strukturun simvoludur. Mehdiyev və onun kimi siyasi fiqurlar, partiyaların “çoxluğu” və “təmsilçiliyi” vasitəsilə siyasi stabilliyi və institusional dayanıqlığı göstərmək istəyir. Amma gerçəkdə, bu sistem formal olaraq mövcuddur; siyasi aktivlik çox azdır, çoxluq isə sadəcə teatr dekorasiyasından ibarətdir.

Beləliklə, “26 Bakı Komissarı” metaforası yalnız tarixi hadisəni xatırlatmır, həm də bu günün siyasi sisteminə dair kritik bir təhlil verir: partiya sistemi çöküb, liderlər və demoqoqlar teatrı oynayır, amma nəticədə ictimai təsir sıfıra yaxındır. Tarixi faciə ilə müasir teatr arasında paralellik qurmaq həm simvolik, həm də analitik baxımdan çox təsirli olur.

Mövzu ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Tribunainfo.az-ın suallarını cavablayıb.

— Partiya sisteminin çöküşü, yoxsa formal çoxluğu gələcəkdə ölkənin siyasi stabilliyinə necə təsir edə bilər?

— Partiyalar, siyasət, siyasi aktivlik heç bir zaman düz xətt üzrə, enişə və yoxuşa hesablanmır. Hər zaman ziqzaqvari olur. Dönəm-dönəm aktivlik çox olub. Təsir imkanları maksimal olub. Bəzən təsir imkanları minimala enib. Bu, bütün dünyada baş verən hadisələrdə belə olub. Mən inkar etmirəm, təbii ki, Azərbaycanda iqtidar partiyaların cəmiyyətə təsir imkanlarının minimal olmasında maraqlıdır. Ona görə ki, rəqiblər nə qədər zəif olsa, təsir imkanları minimal olsa, o qədər də rahat idarə edərlər. Və istədikləri siyasəti yürüdə bilərlər. Amma, istənilən halda partiyaların varlığı gələcək siyasi sabitliyin bir qarantiyasıdır. Suriyada bir partiya tapılmadı ki, ortalığa çıxsın. Nəticədə, xaos yarandı və dünənə kimi terrorçu kimi tanıdıqları adam silah gücünə və yaxud da xalqın gücünə gəlib hakimiyyəti ələ aldı. Bu gün sabitliyə doğru addımlar atır. Amma orada partiyalar olsaydı, formal da olsa, təsir imkanları az olsa belə, qarışıqlıq meydanında ən azından siyasi aktyorlar kimi meydana çıxa bilərdi. Eynilə də Misirdə, Hüsnü Mübarək gedəndən sonra siyasi partiyalar yox idi deyə, İhvan-i Müslimin təşkilatı humanitar təşkilat kimi fəaliyyət göstərməyinə baxmayaraq, heç bir siyasi partiya yox idi. İstənilən halda partiyaların varlığı önəmlidir. Say sisteminə gəldikdə, kimlərsə buna sinvolik rəqəm verə bilər. 12 partiya olsaydı, deyəcəkdilər ki, “12 İmamın sayına uyğundur”. 7 partiya olsaydı, müqəddəs rəqəmlə əlaqələndirəcəkdilər. 13 olsaydı, “nəs rəqəmdir” deyərdilər. Təbii siyasi proseslər nəticəsində, saylar formalaşmalıdır. Mən deyə bilmərəm ki, 26 partiyanın hamısı eyni gücdədir və siyasi təsir imkanları bərabərdir. 26 partiyanın içində ən azı 6-7 partiya var ki, başda Ağ Partiya olmaqla, cəmiyyətə lazımi məqamda təsir imkanları, dəstəyi var. Mümkün siyasi şəraitdə fəaliyyət göstərməyə, mübarizə aparmağa çalışır. Bundan əvvəl partiyaların sayı 64 idi. Cəmi 3 il bundan qabağa qədər 64 partiya fəaliyyət göstərirdi. Partiyalar haqqında yeni qanun qəbul olunandan sonra üzv sayına minimal şərt qoyuldu. Ondan sonra partiyaların sayı 26-ya düşdü. Mən əminəm ki, əgər, bir az daha qanunauyğun addımlar atılsa, Bu 26 partiya 5-6-ya düşəcək saydadır. Çünki Azərbaycanda realda cəmi 5-6 partiya var. Digərləri formaldır. Həmin o 5-6 partiya lazımi məqamda ictimai fikrə təsir göstərə bilər.

— Siyasi teatr metaforası ilə desək, partiyalar “səhnədə” nə qədər aktyor, nə qədər gerçək siyasətçidirlər?

— Siyasət həm də bir aktyorluqdur. Çünki bir obrazdır. Siyasi partiyanın özü də bir obrazdır. Xarakteri, ideologiyası, hədəfləri olan, yeri gələndə pafosla danışan, demaqogiya edən, yeri gələndə praqmatik olan, həssas, ürəksiz olan bir aktyordur. Onsuz da, dünyanın hər yerində bu belədir. Tramp tək siyasətçi deyil, daha çox şoumendir. Britaniyanın parlamentindəki çıxışlara baxın, orada bir artistizm var. Nə qədər insan faktoru var, belə də qalacaq.

— Bu siyasi aktyorlar öz rolunu nə qədər doğru oynayır?

— Hamısı aktyordur. Hərəsi bir cür aktyordur. Gerçək siyasət həm də teatrla bağlıdır.

Söhbətləşdi: Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see231

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see224

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see187

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see170

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri