Azərbaycanda agent bankçılığı modelinin tətbiqinə başlanılıb
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Azərbaycanda banklar artıq kreditlərin verilməsində üçüncü tərəfləri cəlb edir. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndəsi Günay Mahmudova VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, beynəlxalq təcrübədə geniş yayılan agent bankçılığı modeli artıq ölkədə tətbiq olunmağa başlayıb:
“Mərkəzi Bank "Banklarda kredit risklərinin idarəedilməsi qaydası"na dəyişiklik edərək agent bankçılığın hüquqi bazasını yaradıb. Bu dəyişikliklər sayəsində banklar artıq kreditlərin verilməsi prosesinə üçüncü tərəfləri cəlb edə bilirlər. Lakin bu prosesə cəlb edilə bilən tərəflər məhduddur. Belə ki, üçüncü tərəf kimi yalnız ödəniş təşkilatları, elektron pul təşkilatları, bank olmayan kredit təşkilatları (BOKT-lar) və poçt rabitəsi üzrə milli operatorlar çıxış edə bilər”.
G.Mahmudova əlavə edib ki, artıq bu üsulla bazarda kreditlər verilməyə başlanılıb: “Bu, ölkə bank sektorunun inkişafı baxımından sevindirici bir haldır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 03 Dekabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















