Bakıda 15 gün sonra nələr olacaq?
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Ölkədə bu il də istilik mövsümünə dağlıq və dağətəyi rayonlarında noyabrın 1-də, digər bölgələrdə isə noyabrın 15-də start veriləcək.
Noyabrın 15-dən etibarən paytaxtda yerləşən yaşayış binalarının, sosial obyektlərin və dövlət müəssisələrinin istiliklə təmin olunmasına başlanılacaq. Hazırda mövsümə hazırlıq çərçivəsində müvafiq işlər davam etdirilir.
Cəmiyyəti maraqlandıran əsas məsələlər isə hazırlıq prosesinin hazırkı vəziyyəti, görülən işlərin hansı mərhələdə olması və istilik mövsümü başlayandan sonra ümumilikdə neçə məntəqənin istiliklə təmin ediləcəyidir.
İstilik mövsümünə hazırlıq ilə bağlı işləri hansı mərhələdədir?Azərbaycanda neçə yaşayış məntəqəsinə istilik veriləcək?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, noyabr ayının 1-dən ölkənin 26 dağlıq və dağətəyi rayonunda istilik mövsümü başlayacaq və mövsüm mayın 1-ə qədər davam edəcək:
“Bütün respublika üzrə isə mövsüm noyabrın 15-də başlayacaq və aprelin 15-ə qədər davam edəcək . Yeni mövsümdə Bakı və regionlarda 549 qazanxana vasitəsilə təxminən 3 800 yaşayış binasının, həmçinin təhsil, səhiyyə və digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. İstilik mövsümünə hazırlıq işləri çərçivəsində ümumilikdə 12 153 metr istilik xətti dəyişdirilərək yenilənib, 212 qazan aqreqatı təmir edilib. Onlardan 30-u əsaslı, 182-si isə cari təmir olunub. 1 131 qazanın qızma səthi mexaniki üsulla təmizlənib.
Həmçinin 875 müxtəlif diametrli dirsək dəyişdirilib, istilik xətlərində 5 458 kvadratmetr izolyasiya örtüyü təmir edilib. Görülən işlər çərçivəsində 5 282 siyirtməyə cari təmir aparılıb, 312 siyirtmə isə yenisi ilə əvəzlənib. Eyni zamanda, 22 dəst nasos yenisi ilə dəyişdirilib, 1 053 hava vuran qurğu təmir olunub”.
O qeyd edib ki, Bakıda 2024-cü ildə 5, 2025-ci ildə isə 7 qazanxana olmaqla, ümumilikdə 12 qazanxana tam modernləşdirilib:
“2026-cı ilin investisiya proqramı çərçivəsində Xətai rayonunun Gəncə prospektində 2 istilik məntəqəsi qazanxanaya çevrilir. Bu işlər nəticəsində 27 hündürmərtəbəli yaşayış binasının, 2353 mənzilin, 2 uşaq bağçasının və 12 digər obyektin istilik təminatı əhatə olunacaq. Bununla yanaşı, 1 köhnə tipli qazanxana modernləşdirilir. Həmin qazanxana vasitəsilə 19 yaşayış binasının, 950 mənzilin, 1 uşaq bağçasının, 2 səhiyyə obyektinin və 18 digər obyektin istilik təminatına xidmət göstəriləcək”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: istilik Elvin Basqallı
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 30 Oktyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















