Icma.az
close
up
RU
Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir?

Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir?

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda qocalar evlərinə yerləşdirilən yaşlıların sayında azalma müşahidə olunur. Halbuki son illərin sosial-iqtisadi çətinlikləri - pandemiya, müharibələr və ümumilikdə cəmiyyətdə baş verən dəyişikliklər fonunda ailəsindən ayrı düşən, övladları tərəfindən tərk edilən yaşlıların sayının artacağı gözlənilə bilərdi. Amma statistika əks tendensiyanı göstərir.

Bəs bu azalmanın səbəbi nədir: yaşlılara ailələri tərəfindən daha çox qayğı göstərilir, yoxsa insanlar qocalar evinə müraciət etməkdən çəkinirlər? Rəqəmlərin arxasında hansı sosial reallıq dayanır?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Hazırda 215 ahıl şəxs dövlət himayəsində yaşayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyindən bildirilib ki, ölkəmizdə ahıllar sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərlə təmin edilirlər. Agentliyin məlumatına görə, hazırda 215 ahıl şəxs dövlət himayəsində yaşayır. Onlardan 111 nəfəri kişi, 104 nəfəri isə qadındır:

"Müəssisəyə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir".

Agentliyin məlumatına görə, ahıl şəxslərin müəssisəyə yerləşdirilməsi ilə bağlı qərar onların sosial vəziyyəti, özünəqulluq imkanları, ailə və yaxın qohumlarının mövcudluğu, yaşayış şəraiti və digər fərdi amillər nəzərə alınmaqla müəyyən edilir:

"Bu səbəbdən ayrı-ayrı dövrlərdə müəssisədə yaşayan şəxslərin sayında müşahidə olunan dəyişikliklər müxtəlif sosial və fərdi səbəblərlə bağlıdır".

Həmçinin qurum tərəfindən müvafiq imtiyazlı kateqoriyalardan olan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilir:

"Hazırda 3 033 vətəndaş evdə (səyyar) sosial xidmətə cəlb edilib. Onlardan 2 814 nəfəri ahıl şəxsdir. Sosial xidmətçilər vətəndaşların evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində köməklik göstərirlər". Agentlikdən bildirilib ki, qurumun sosial sifarişləri əsasında respublikanın 6 şəhər və rayonunda - Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Qazax və Tovuz üzrə ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyət göstərir: "Layihə çərçivəsində 200-ə yaxın ahıl sosial xidmətlə əhatə olunur".

Ahılların öz mühitləri olmalıdır

Binəqədi rayonunda yerləşən "Ahıllar üçün günərzi qayğı mərkəzi"nin rəhbəri Aynur Zülfüqarova bildirir ki, rəhbərlik etdiyi mərkəzə müraciət edənlərin sayı keçən illə müqayisədə iki dəfə artıb. Bu məsələdə maariflənmə işi böyük rol oynayır".

Mərkəz rəhbəri hesab edir ki, ahılların öz mühitləri olmalıdır: "Mənim öz anam da bizim ahıllar mərkəzindədir. Onlar 70-75 yaşlarına qədər işləyiblər. Bu yaşdan sonra neyləsinlər? Bu mərkəzlər onların sosiallaşması üçün əhəmiyyətli mühitdir. Günərzi mərkəzləri zamanın tələbidir. Bu insanlar yalnız öz yaşıdları arasında sosiallaşa bilərlər. Burada tənha da, kimsəsiz də, övladları olan insanlar da var. İndi övladları sanki onları bağçaya gətirirlər". A.Zülfüqarova bildirir ki, belə mərkəzlərin açılması üçün çoxlu müraciətlər var.

Günərzi mərkəzlərinə müraciət edənlərin sayı artır

Ahıllarla işləyən sosial işçi Mehparə Hümbətova bildirir ki, ahıllar günərzi mərkəzlərinə asudə vaxtlarını səmərəli keçirmək üçün gəlirlər: "Bu cür mərkəzlərə indi maraq yüksəkdir. Əvvəllər atılmış qocalar stereotipi vardı. İndi övladları valideynlərini evdə tək qoymaq istəmirlər. Onlar arxayın olurlar ki, mərkəzlərdə valideynlərinə baxan var. Müşahidələrimiz onu göstərir ki, yatılı yerlərdə də azalma yoxdur, əksinə, müraciət edənlərin sayı artır".

Nəsillər arasındakı fərqlilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva xidmət müəssisələrinə yerləşdirilən qocaların azalmasını müsbət göstərici hesab edir:

"Bu gün müasir və gənc ailələr yaşlılarla birlikdə yaşamaq istəmirlər. Nəsillər arasındakı fərqləri düşünsək, həmçinin bəzi sosial məsələlər, məişət qayğıları ucbatından övladlar valideynlərini qocalar evinə yerləşdirirdilər. Bu gün isə vəziyyət fərqli istiqamətdə dəyişir. Dövlətin bu istiqamətdə əhəmiyyətli proqramları var və bunlar da öz təsirini göstərir. Biz artıq bu insanlara "atılmış" kimi yox, "öz ortamında vaxt keçirmək istəyən" insanlar kimi baxırıq. Azalma da ona görədir ki, ahıllar bu tip mərkəzlərə yönəlir. Həm özlərinin psixoloji-emosional vəziyyətləri rahatlanır, həm də ailənin".

Z.Nuriyeva dünyanın hər yerində belə ahıllar mərkəzlərinin fəaliyyət göstərdiyini bildirir:

"Ahıllar öz təqaüdlərindən bu mərkəzlərə ödəniş edir və gün ərzində yaşıdları arasında vaxtlarını keçirirlər. Hələ ki, bizdə bu mədəniyyət formalaşmadığı üçün dövlət bunun alternativi olaraq günərzi qayğı mərkəzləri yaradıb".

"İndi hər kəs evdə sosial xidməti təşkil edə bilir"

Sosioloq İlqar Hüseynlinin fikrincə, sosial xidmətlərin alternativ formalarının genişlənməsi sözsüz ki, sosial xidmət müəssisələrində ahılların azalmasına ciddi təsir göstərir:

"Xüsusilə ölkə boyu evdə sosial xidmətin genişlənməsi əsas amil kimi göstərilə bilər. Bunu ailə institutunun möhkəmlənməsi, vətəndaşların ailə içində olan ahıl insanlara sahib çıxması, ata-anaya qayğılı münasibətlərin yeni mərhələyə keçməsi kimi qəbul eləmək lazımdır. Bundan əvvəl ahılları sosial xidmət müəssisələrinə yerləşdirirdilərsə, indi hər kəs evdə sosial xidməti təşkil edə bilir".

Ekspertin fikrincə, ümumi yanaşanda evdə sosial xidmətlərin genişlənməsi müəssisələrdə insanların sayının azalmasına gətirib çıxarır: "Amma bu, hələlik böyük həcmdə deyil və bu o demək deyil ki, sosial xidmət göstərən müəssisələrə ehtiyac yoxdur. Bu ehtiyac hər zaman var. Dövlət bu məsələdə öz imkanlarını qoruyub saxlamalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://baku.ws
archiveBu xəbər 13 Sentyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see515

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see254

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see246

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see243

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see235

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see229

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see226

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see223

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see210

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see209

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see207

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see200

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see196

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see196

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see193

Almaniya ilk “F 35A” qırıcısını ABŞ dən təhvil alıb

19 Sentyabr 2026 04:54see190

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see185

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see182

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see181

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri