Icma.az
close
up
RU
Azərbaycanda ailə həkimi: adı var, özü YOX

Azərbaycanda ailə həkimi: adı var, özü YOX

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanda ailə həkimi vəzifə olaraq mövcud olsa da, daha çox formal xarakter daşıyır. Ailə həkimi uşaqların və böyüklərin xəstəliklərinin profilaktikası, diaqnozu və müalicəsi ilə məşğul olan həkimdir.

Mövcud qaydalara əsasən, hər bir şəxs səhhətində yaranmış problemlə əlaqədar ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimləri müalicə təyin edə, tibbi göstəriş əsasında laborator və instrumental müayinələrə, ehtiyac olduqda isə ixtisas həkiminə göndəriş verə bilərlər. Ancaq necə deyərlər, adı var, özü yox...

Ötən gün parlamentdə səhiyyə ilə bağlı müzakirələr zamanı da ailə həkimləri ilə bağlı fikirlər səsləndirilib. Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova bildirib ki, ailə həkimi ilə bağlı da ciddi problemlər var: “Məsələn bu proqram üzrə rezidenturaya 30 nəfər qəbul olub, amma cəmi 5 nəfər bitirib. Həmin say ailə həkiminə tələbatı ödəmir. Ona görə bu məsələ ilə bağlı yeni layihə hazırlanır”.

İctimai dinləmə zamanı məlumat verilib ki, bu il iyul ayından "Ailə həkimi" informasiya sisteminin tətbiqi nəzərdə tutulur.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyir ki, ailə həkimi institutunun formalaşması müstəqillik dövrümüzdə son 10 ilə təsadüf edən müzakirələr və ondan sonra real addımlar atılması mərhələsi kimi qiymətləndirilə bilər.

"Sovet sistemində bu səhiyyə modelində ilkin səhiyyə xidməti poliklinik formada həyata keçirilirdi. Poliklinikada ilkin səhiyyənin birinci pilləsində pediatrlar uşaq poliklinikalarında, terapevtlər şəhər poliklinikalarında, ginekoloqlar qadın səhiyyə xidmətlərində aparıcı mövqeyə malik tibb işçiləri kimi fəaliyyət göstərirdilər. Kəndlərdə və rayonlarda bununla yanaşı tibb məntəqələri olurdu. Bu da ilkin səhiyyə xidmətinin özünəməxsus bir tətbiqi idi. Amma hazırda ailə sağlamlıq mərkəzləri ilkin səhiyyə xidmətinin modelidir. Bu mərkəzlərdə pediatrlar, terapevtlər və ginekoloqlar ailə həkimi olmasalar da ailə həkimi funksiyasını icra edirlər. Hazırda səhiyyə sistemində tibb universitetlərində ailə həkimi ixtisası vardır, amma Səhiyyə Nazirliyinin rəsmisi Şərafət İsmayılovanın qeyd etdiyi kimi bu proqramı bir neçə il ərzində cəmi 5 nəfər tamamlayıb. Bu da institutun formalaşması üçün kiçik və müqayisə olunmaz rəqəmdir. 

Hazırda ilkin səhiyyə xidmətinin yenidən qurulması, ixtisas hakimlərinin prosesə cəlb olunması, orta tibb personalından faydalı istifadə istiqamətində pilot layihənin həyata keçirilməsi prosesləri izləniləcək. Ona müvafiq şəkildə rəylərimizi bildirəcək və təkliflərimizi irəli sürəcəyik. Amma hazırda biz bu prosesdə yeni addımların atılmasına şahid olmuruq".

Professor Adil Qeybulla isə bildirib ki, ailə institutu müasir təbabətin mühüm hissəsi sayılır:

“Bütün Qərb təbabəti dedikdə, biz onu ailə institutu olmadan təsəvvür edə bilmərik. Azərbaycanda da məhz SSRİ dağıldıqdan, sonra müəyyən islahatlar aparılır. İcbari Tibbi Sığortanın tətbiqi buna sübutdur. Ailə həkimi institutun da artıq yavaş-yavaş əsası qoyulur”.

A.Qeybulla qeyd edib ki, Azərbaycan Tibb Universitetində bu istiqamətdə kadrlar hazırlanır: “Həmin kadrlar gələcəkdə ailə həkimi institutunu yaradacaqlar. Sovet dövründə bunun analoqu sahə həkimləri idi. İndi sahə həkimləri özünü müasir təbabətdə doğrultmur. Ailə həkimləri daha praktikdir və onlar sahəsində olduğu insanların xəstəlik tarixçəsini dəqiq bildiyindən vaxtında adekvat tibbi xidmət almalarına daha çox yararlı olurlar. Ona görə də bu yaxın dövrün perspektividir. Bu istiqamətdə nəzəri işlər görülür, kadrlar hazırlanır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Yanvar 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri