Icma.az
close
up
RU
Azərbaycanda niyə sənət yoxdur?

Azərbaycanda niyə sənət yoxdur?

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kubra Məhərrəmova yazır...

Son dönəmlər belə bir sual aktualdır - Azərbaycanda niyə sənət yoxdur?

Ona görə ki, biz hələ onun nə olduğunu bilmirik.

Məşhur filmdə deyildiyi kimi - "sənə əjdaha lazımdır?" Əslində, lazım deyil.

Çünki bizim üçün toy, nişan və s. kütləvi tədbirlər elə sənət nümunəsidir. Teatrdır, kinodur. Özü də bu "aktyor"lar o qədər peşəkardırlar ki, onların kinosu "non stop" çəkilir.

Nə qədər adamın nifrət etdiyinin üzünə gülüb, arxasınca min söz qoşduğunun, bir-birindən zəhləsi gedənlərin qol-boyun olub rəqs etdiyinin, yalandan deyilən sağlıqların, ikiqat əyilmələrin, təzimlərin şahidi olmuşuq. Uzaqdan "hörmətli müəllimi" görən kimi qabağına qaçanların yaltaqlığından, qırmızı sifətlərindəki süni gülüşlərindən, diş ağartmalarından, iyrənc hırıldamalarından ürpəşmişik. Gecə-gündüz qarğış-nifrin tökən baldız-gəlinlərin, elti-qayınanaların məclislərdə "mama", "qızım" müraciətlərindən ürəyimiz bulanıb.

Əgər bu, kino deyilsə, bəs nədir? Çünki ağlı başında olan heç bir normal adam nifrət etdiyi adama bu münasibəti göstərməz. Amma görünən odur ki, əksəriyyət bu riyakarlıq maskaradından həzz alır. Və etiraf etməliyik ki, rollarının öhdəsindən yüksək səviyyədə gəlirlər.

Cəmiyyətin əksər üzvləri bu rol oynamalara o qədər alışıblar ki, artıq onları hər hansı filmlə, tamaşa ilə təəccübləndirmək olmur. Baxan kimi deyirlər ki, "əşi, süni oynayır".

İndi bunu nəyə gətirirəm?

Artıq iki mövsümdür ki, İctimai Televiziyanın sifarişi və təqdimatı ilə ərsəyə gələn "Əqrəb mövsümü" serialı yeni ideyalarla yerli serial sahəsinə ümid gətirib. Öz izləyici kütləsini yığa bilib. Uzun illər üzünü Türkiyə, Rusiya və s. istiqamətə tutmuş tamaşaçıya yeni məhsul təqdim etməyi bacarıb.

Bəzən çox sərt, bəzən çox açıq mesajlar verərək, Əziz Nesinin "Sərt adam" hekayəsindəki kimi adımızı üzümüzə deyib.

İcazənizlə elə həmin hekayədən bir hissəni yazım.

Bir amerikalı türk qızını atasından istəmək üçün onlara elçi gəlir. Ata da bildiyimiz qaraqabaq, ciddi və tərs kişi. Təbii ki, kürəkən türk dilini bilmir. Amma təzə qohumlara şirin görünmək üçün iki-üç kəlmə türk dilində söz öyrənir. Öz aləmində düşünür ki, yaxşı, ədəbli sözlərdir. Bu kəlmələrdən biri də "oğraş" sözü olur. Adam gələcək qayınatasından qızı istədikdən sonra, sağollaşanda ona "oğraş" deyir. Bütün məclis əhli baş verənlərdən tər axıtdıqca Nüman bəy deyir: Hərif bütün cikimizi-bikimizi saydı üzümüzə, artıq ona qız vermək zərurət oldu".

Həvəsiniz olsa, bu məzəli hekayəni mütləq oxuyun. Nüman bəyə xeyli "xoş" sözlər deyir təzə kürəkən.

İndi düşünək ki, bütün qayınatalar Əziz Nesini məhkəməyə versinlər. Ələlxüsus əcnəbilərə ərə gedən qızların ataları. Yazıçı ortaya təxəyyülünün məhsulunu qoyduğuna görə.

Qayıdaq öz serialımıza və məhkəməmizə.

Dünən əvvəl Vəkillər Kollegiyası "Əqrəb mövsümü" serialı ilə bağlı məlumat yaydı:

"Təəssüf hissi ilə qeyd edirik ki, son günlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) efirində yayımlanan "Əqrəb mövsümü (İki dünya bir olsa da) serialında vəkillik peşəsinə qarşı kəskin ifadələr, hətta kobud səslənən sözlər işlədilməsinin şahidi oluruq".

Linki qoyuram, istəsəniz, davamını oxuyarsınız: https://oxu.az/cemiyyet/vekiller-kollegiyasi-eqreb-movsumu-seriali-ile-bagli-melumat-yaydi

"Əqrəb mövsümü" serialının ssenaristi, aktyor Azər Aydəmir Vəkillər Kollegiyasının serial ilə bağlı açıqlamasına münasibət bildirib. Buraya da link qoyuram, oxuyarsınız: https://oxu.az/shou-biznes/azer-aydemir-vekillerimizin-serialda-hansisa-sifaris-xarakterli-bir-emel-axtarmasi-duz-deyil

İndi üzümü dəyərli vəkillərimizə tutub soruşuram: məhkəmə zallarında azmı "teatr", qəşş etmələr, ürəyi getmələr, saç-baş yolmalar görmüsünüz? Az olubmu ki, rolunu "müvəffəqiyyətlə" oynayan adamın halbahal olmasından sonra məhkəmə salonuna təcili tibbi yardım briqadasının həkimlərini dəvət etmisiniz?

Az olubmu ki, üzə durmaların, yalan ifadələrin şahidi olmusunuz?

Bunları ancaq siz görməlisiniz? Məhkəmə divarları arasında baş verən hadisələr hər zaman incəsənət üçün maraqlı olub. Çünki bəşəriyyətin inandığı bir ilahi ədalət var, onu da Yer üzündə görmək istəyir. İnsanlar inanmaq istəyirlər ki, gec, ya tez ədalət dediyin bərqərar olur və olacaq.

Filmlər, tamaşalar da bunu göstərir, təsvir edir: mübarizəni, riyakarlığı, həqiqəti, ədaləti.

"İblisin vəkili" dünyada məşhur filmlərdən biridir. Rollarda Al Paçino və Kianu Rivz oynayırlar. Film ən acı həqiqətləri üzə çıxarır: məhkəmə sistemindəki boşluqları, qanunların gücsüzlüyünü, güc və hakimiyyətin iblisin əlində olmasını. İndi ABŞ məhkəmə sistemi ABŞ kino sənayesini məhkəməyə versin?

ABŞ-də nə qədər bu mövzuda film var? Hər birinə məhkəmə qursalar, ölkədə başqa hadisələr üçün məhkəməyə zaman qalmaz ki!

Ədaləti, vəkil və hakimlərə hörməti sovet filmlərindəki senzuraya uyğun qəliblərdə deyil, real həyatda axtarmalıyıq.

Yəni film, hekayə, incəsənət sonunda real həyatdan bəhrələnir. Real həyatda necə olursansa, incəsənətə də elə inikas edirsən.

İncəsənət ədalət ilahəsi Femidanı məhz gözəl qadın simasında, amma gözübağlı təsvir edib.

Bu müstəvidə Femida üçün insanların sosial fərqliliyi, var-dövləti, adı-sanı fərq etmir. Çünki ədalət insanlar arasında fərq qoymur, o, kordur, lakin baş verənləri hüquq əsasında və qanunauyğun şəkildə mühakimə edir. Cəzanı günahkara kəsir.

Sonda isə demək istərdim ki, "Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki vacib". Kinomuz, serial sahəmiz inkişaf etməlidir.

Burada sözlər sərt də ola bilər, kobud da. Amma həqiqət varsa, onu heç nə ilə örtmək olmur. Mən həm İctimai Televiziyaya, həm "Əqrəb mövsümü" serialının ssenaristi, aktyor Azər Aydəmirə, serialda çalışanlara, Vəkillər Kollegiyasına da uğurlar arzu edirəm. Arzu edirəm ki, birinci tərəf daha maraqlı, daha səs-küylü materiallarla bizi sevindirsin.

İkinci tərəfə də arzu edirəm ki, bu məsələdə də ədalətli mövqeyə əsaslanaraq, dirçələn serial sahəmizə dəstək olsun. Necə deyərlər, Sezarınkını Sezara, tanrınınkını tanrıya vermək lazımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Fevral 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see266

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see265

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see256

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see253

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see241

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see233

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see227

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see217

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see216

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see212

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see206

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see197

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see195

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see187

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see186

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see180

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see179

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see171

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see171

ABŞ nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb

06 Sentyabr 2026 08:52see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri