Azərbaycanda aqrar sektor 2,2 % böyüyüb
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
Bu ilin yanvar ayında Azərbaycanda 547,8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur.
Bitkiçilik məhsullarının dəyəri 20,8 % artaraq 29,1 milyon manata çatıb. Heyvandarlıq məhsullarının dəyəri isə 1,3 % artaraq 518,7 milyon manat olub.
Qeyd edək ki, kənd təsərrüfatında 2025-ci ilin yanvar ayında diri çəkidə 47,3 min ton ət, 159,7 min ton süd, 193,7 milyon ədəd yumurta və 25,5 min ton tərəvəz istehsal olunub. Ötən ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 2 %, yumurta istehsalı 2,9 %, tərəvəz istehsalı 24,3 % artıb, süd istehsalı isə 0,6 % azalıb.
Bu mövzuda digər xəbərlər:Azərbaycanda aqrar sektor böyüyüb
15 May 2025 16:04
Azərbaycanda aqrar sektor cüzi böyüyüb
15 Avqust 2025 15:20
Baxış sayı:156
Bu xəbər 17 Fevral 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















