Icma.az
close
up
RU
Azərbaycanda at oynadan “həkimlər”: Onları kim himayə edir?

Azərbaycanda at oynadan “həkimlər”: Onları kim himayə edir?

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Özünü həkim kimi təqdim edən hər kəs bu məsuliyyəti doğrultmalıdır. Əks halda, bu, yalnız fərdi məsələ deyil, bütövlükdə cəmiyyətin problemidir.

Bu sözləri Axar.az-a açıqlamasında Mətbuat Şurasının İcraçı katibi Əvəz Rüstəmov ixtisasca həkim olmayanların efir və saytlara açıqlama verərkən özlərini həkim olaraq təqdim edən şəxslərlə bağlı danışarkən deyib.

O bildirib ki, bu kimi halların yaranmasına səbəb olan amillər araşdırılmalıdır:

"Media hər bir məsələyə həssas yanaşmalıdır. Jurnalist ictimai maraqların müdafiəçisidirsə, bilməlidir ki, ictimai maraqlar içərisində insanların sağlamlığı da ön planda dayanır. Əgər jurnalistin həkim kimi təqdim etdiyi şəxs məsuliyyətsiz davranır və insanlara ziyan vurursa, bu, jurnalistin də məsuliyyətsizliyindən xəbər verir. Hesab edirəm ki, vicdanlı jurnalistin təqdim etdiyi şəxsi və mövzunu yoxlamaq imkanı genişdir. Ona görə də jurnalistlər dəqiqləşdirilməmiş şəxsi və ya hadisəni təqdim etməməlidirlər".

Məsələyə münasibət bildirən hüquqşünas Yalçın Hacızadə isə qeyd edib ki, bu hallar yalnız səhiyyə sahəsində deyil, digər peşə sahələrində də müşahidə olunur:

"Bəzən müxtəlif şəxslərin dələduzluq və başqalarının vəzifəsini mənimsəmə kimi cinayətlərə yol verdiklərini görürük. Onlar özlərini dövlət işçisi, məmur və ya hansısa yüksək vəzifəli şəxsin yaxını kimi təqdim edərək insanları aldadırlar. Bu tip cinayətlər adətən maddi ziyanla nəticələnir. Lakin tibbi ixtisası olmayan şəxslərin insanların sağlamlığına müdaxilə etməsi təkcə maddi deyil, həm də ciddi sağlamlıq və həyat riski yaradır".

Hüquqşünas qeyd edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, tibb ixtisasları üzrə ali təhsil alan şəxslər yalnız rezidentura təhsili keçdikdən sonra həkim-mütəxəssis hesab edilirlər:

“Bu təhsil müddəti ixtisasdan asılı olaraq 2 ildən 5 ilə qədər davam edir. Psixiatriya üzrə 2 il, terapiya üzrə 4 il, plastik cərrahiyə üzrə isə 5 il rezidentura təhsili almaq tələb olunur”.

Onun sözlərinə görə, hüquqi baxımdan hazırda tibbi təhsili olmadan özünü həkim kimi təqdim edən şəxslərin fəaliyyəti ilə bağlı konkret bir cəza mexanizmi yoxdur.

Qeyd edək ki, bir müddət öncə jurnalist Qənirə Ataşova özlərini həkim-fizioterapevt kimi təqdim edən şəxsləri ifşa edib. Bundan sonra Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli açıqlama verərək bildirib ki, yalnız 6 il tibb təhsili alan və 4 il rezidentura keçən şəxslər həkim-fizioterapevt hesab edilə bilər. O vurğulayıb ki, sadəcə 4 il bakalavr təhsili alan şəxslər həkim yox, fizioterapist-reabilitoloqdurlar və onlar heç bir xəstəni müalicə edə bilməzlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Mart 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri