Icma.az
close
up
RU
Azərbaycanda cinsi infeksiyalar çoxalıb Həkimlər xəbərdarlıq edir

Azərbaycanda cinsi infeksiyalar çoxalıb Həkimlər xəbərdarlıq edir

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Son illərdə cinsi yolla keçən infeksiyaların (CYKİ) yayılmasında ciddi artım müşahidə olunur. Mütəxəssislərin sözlərinə görə, bu xəstəliklər artıq cəmiyyətdə nadir hal deyil, əksinə, gündəlik tibbi praktikada daha sıx rast gəlinir. 


Sfera.az-a bu haqda açıqlama verən Avropa Androloqlar Akademiyasının üzvü, uzman uroloq-androloq Dr. Araz Bayramov bu mövzu ilə bağlı ciddi xəbərdarlıq edib.


“Bu gün reallıq budur ki, sifilis, HİV/QİÇS və qonoreya kimi xəstəliklər tüğyan edir. Bunlar təkcə şəxsi sağlamlığa deyil, eyni zamanda ümumi ictimai səhiyyəyə də təhlükə yaradır. Təcrübəmdə hər iki cinsdə bu infeksiyalara çox rast gəlirəm”, – deyə o, bildirib.

Mütəxəssis qeyd edib ki, CYKİ-lərin əlamətləri hiss edilən zaman mütləq həkimə müraciət edilməlidir: 


“Sifilis xəstəliyinin ilkin mərhələsi cinsiyyət orqanları və ya ağız ətrafında yaranan, ağrısız, sərt yara (şankr) ilə özünü göstərir. İkinci mərhələdə bədənin müxtəlif hissələrində səpkilər, limfa düyünlərinin böyüməsi, halsızlıq kimi əlamətlər baş qaldırır. Əgər vaxtında müalicə olunmazsa, sinir sistemi, ürək və damar sistemi zədələnə bilər”.

Digər təhlükəli infeksiyalardan biri isə HİV/QİÇS – İnsan İmmunçatışmazlığı Virusudur (HİV). 


Həkim dedi ki, bu xəstəlik orqanizmin müdafiə sistemini zəiflədir:

"Uzun müddət simptomsuz qala bilər, lakin virus aktivləşdikcə tez-tez xəstələnmə, arıqlama, ağız yaraları və infeksiyalara qarşı həssaslıq artır. Nəticədə Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) mərhələsi inkişaf edir ki, bu da həyat üçün ciddi təhlükə yaradır”. 


Qonoreya (triplə) də təhlükəli infeksiya hesab olunur. Həkimin sözlərinə görə, bu xəstəlik kişilərdə sidik ifrazında yanma, ağrı və irinli axıntı ilə müşayiət olunur. Qadınlarda isə əksər hallarda simptomsuz keçə bilər, amma irəliləyən mərhələlərdə qarınaltı ağrılar, sonsuzluq riski və uşaqlıqdankənar hamiləliklərə səbəb olma ehtimalı var. 

Dr. Bayramov qeyd etdi ki, bu infeksiyalardan qorunmaq üçün ən təsirli üsullardan biri qoruyucu vasitələrdən – kişi və qadın prezervativlərindən istifadədir. Eyni zamanda, xüsusilə də cinsi aktiv şəxslər üçün vaxtaşırı tibbi müayinələr vacibdir:

“Kişilərdə ultrasəs müayinəsi zamanı prostat vəzisində çapıq izləri gördükdə, bu, keçmişdə və ya aktiv infeksiyaların əlaməti ola bilər. Bu hallarda dərhal yaxma analizi və laborator testlər tövsiyə edirəm. Sadə analizlərlə diaqnoz qoymaq mümkündür, lakin əsas məsələ insanın vaxtında həkimə müraciət etməsidir”.

Dr. Bayramovun fikrincə, bu sahədə əsas problem insanların hələ də CYKİ-lərlə bağlı kifayət qədər məlumatlı olmamasıdır. Çoxları infeksiyanı ilkin mərhələdə hiss etmədiyindən onu digər insanlara yoluxdurur:

“Təəssüf ki, bir çox insan bu xəstəliklərdən utanır və ya həkimə getməkdən çəkinir. Halbuki erkən diaqnoz və düzgün müalicə həyat xilas edə bilər. Gənclər arasında bu barədə maarifləndirmə aparılmalı, məktəb və universitet səviyyəsində təhsil proqramlarına daxil edilməlidir”.


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 İyun 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri