Azərbaycanda azarkeşlər ən çox və ən az hansı komandanın oyununa gedib?
Icma.az, Qol.az saytına istinadən bildirir.
Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk yarısında 90 oyun keçirilib. Bu matçlarda 144 min 355 tamaşaçı qeydə alınıb. Orta göstərici 1604-ə bərabər olub.
QOL.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının yaydığı məlumatda bildirilib.
İlk 18 turun rekordu 10-cu turun “Neftçi” – “Qarabağ” matçında gerçəkləşib. “Neftçi Arena”ya 7069 tamaşaçı toplaşıb. Antirekord isə XI turun “Araz-Naxçıvan” – “Zirə” görüşünə məxsusdur – 80 nəfər.
Klubların ev oyunlarındakı orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdir. “Neftçi” ikinci, “Sumqayıt” üçüncüdür. Bu üç komanda ümumi orta göstəricidən yüksək nəticəyə sahibdir.
Göründüyü kimi, son Azərbaycan çempionu və 11 ildir Avropa kuboklarının qrup mərhələsinin daimi iştirakçısı olan "Qarabağ" isə üçlükdə belə yer almayıb.
1. "Turan Tovuz" 9 oyun, 39 min 700 tamaşaçı (orta hesabla hər ev matçına 4411 tamaşaçı)
2. "Neftçi" - 21 min 931 (2437)
3. "Sumqayıt" - 21 min 450 (2383)
4. "Qarabağ" - 13 min 820 (1536)
5. "Sabah" - 12 min 904 (1434)
6. "Şamaxı" - 9800 (1089)
7. "Kəpəz" - 9650 (1072)
8. "Səbail" - 6500 (722)
9. "Zirə" - 6400 (711)
10. "Araz-Naxçıvan" (2200) - 244
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 23 Dekabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















