Icma.az
close
up
RU
Azərbaycanda Azercellin dəstəyi ilə keçirilən 15ci Davamlı İnnovasiya Forumu uğurla başa çatdı

Azərbaycanda Azercellin dəstəyi ilə keçirilən 15ci Davamlı İnnovasiya Forumu uğurla başa çatdı

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Ölkənin lider mobil operatoru davamlılıq və innovasiya mövzusuna həsr olunmuş mühüm sessiyada iştirak etdi

13-14 noyabr tarixlərində Bakıda "Azercell Telekom" MMC-nin dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu uğurla yekunlaşdı. İqlim dəyişikliklərinə həsr olunmuş qlobal tədbirlərin önəmli bir hissəsi olan bu forum biznes, maliyyə, dövlət qurumları və qeyri-hökumət təşkilatlarından 1000-ə yaxın sahə liderini bir araya gətirməyə müvəffəq oldu. Forum iqlim problemlərinin həlli, davamlı inkişaf təşəbbüsləri və innovativ həllərin müzakirəsi üçün effektiv platforma rolunu oynadı. 

Forumun əsas sessiyalarının birində Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva iştirak etdi. Davamlı İnnovasiya Forumunun sədri Nik Qovinqin moderatorluğu ilə keçirilən sessiyada Ş. Əliyeva Azercell-in ESG strategiyası haqqında danışaraq şirkətin davamlı inkişaf sahəsindəki məqsəd və nailiyyətlərini vurğuladı. Şirin Əliyeva Azercell-in bərpa olunan enerji mənbələrindən istifadəyə və enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihələri barədə məlumat verdi.

Ş. Əliyeva Azercell-in 2017-ci ildən iqlim dəyişikliyinə dair tədbirlər gördüyünü və  ölkə ərazində yaşıl texnologiyaların tətbiqinə başladığını bildirdi. Təkcə Qarabağda lider mobil operatorun 35 yaşıl baza stansiyasının fəaliyyət göstərdiyi və onların enerji tələbatının 60%-i bərpa olunan enerji hesabına qarşılandığı qeyd edildi.  Eyni zamanda, Şirin xanım baza stansiyalarının enerji istehlakını optimallaşdıran proqram təminatı vasitəsilə resurslardan səmərəli istifadənin təmin edildiyini də vurğuladı. 

Şirkətin qlobal iqlim təşəbbüslərində, o cümlədən BMT-nin Qlobal Sazişi və GSMA-nın İqlim Fəaliyyəti üzrə İşçi Qrupunda fəal iştirakı da qeyd olundu. Bildirildi ki, bununla Azercell digər bazar iştirakçılarını da ətraf mühitə dair öhdəliklərini artırmağa təşviq edir.

Azercell-in sosial məsuliyyət təşəbbüslərinə də xüsusi diqqət yetirildi. Şirkətin yaşıl ofis siyasəti və tullantıların idarə edilməsi təşəbbüsləri vurğulandı, 2022-2023-cü illər arasında şirkətin su istehlakını 27% azaltmağa nail olduğu bildirildi. Bundan əlavə, Azercell-in qadın və uşaqların müdafiəsi, onların cəmiyyətə inteqrasiyasını dəstəkləməyə yönəlmiş təşəbbüsləri gündəmə gətirildi. Bu çərçivədə "Qadın Qaynar Xətti” və "Uşaq Qaynar Xətti” kimi sosial əhəmiyyətli proqramlar və Cüdo Federasiyası ilə tərəfdaşlıq layihələri haqqında məlumat verildi.

Forumda dinamik panel müzakirələri, interaktiv dialoqlar, əsas çıxışlar, eləcə də  qlobal iqlim və sənaye liderləri ilə canlı mübadilələr yer aldı. Tədbir iştirakçıları təbiətə müsbət təsir edən, karbonsuz iqtisadiyyata keçidi sürətləndirəcək strategiyaları paylaşdılar.

Azercell-in forumda fəal iştirakı şirkətin innovasiya və texnologiyalar vasitəsilə qlobal iqlim fəaliyyətinə təkan verməyə sadiq olduğunu bir daha nümayiş etdirdi. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Noyabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see250

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see206

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see183

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see146

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see136

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see136

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see135

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see135

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see124

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri